12:56, 18 Fevral 2019 (Bazar ertəsi) 160

100-dən çox Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb

100-dən çox Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb
Cari ilin yanvarında 1587 xarici vətəndaşın Gürcüstana girişinə qadağa qoyulub.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin aylıq hesabatında deyilir.

Siyahıda ilk yerdə İran (576 nəfər) və Hindistan (366 nəfər) qərarlaşıb.

Qonşu ölkəyə 124 Azərbaycan vətəndaşı buraxılmayıb.

Bundan başqa, Türkiyə (116), Türkmənistan (72), Rusiya (58), Ermənistan (50), Özbəkistan (44), Pakistan (28), Misir (16), İraq (15), Qırğızıstan (13) və Qazaxıstan (11) vətəndaşları da Gürcüstan sərhədlərini keçə bilməyib.