10:21, 09 Avqust 2018 (Cümə axşamı) 203

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 2,16 dollar və yaxud 2,87% azalıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 73,19 dollar/barelə bərabər olub.

"Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.