14:19, 09 Noyabr 2018 (Cümə) 134

Hərbi hissələrdə "açıq qapı günü"dür

Hərbi hissələrdə
Noyabrın 9-u Azərbaycandakı bütün hərbi hissələrdə «Açıq qapı günü» elan edilib.

Müdafiə Nazirliyinin məlumatına görə, bu addım Dövlət Bayrağı günü münasibətilə atılıb.

Məlumata görə, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış ola, xidməti, inzibati binalara, əsgər yataqxanalarına və yeməkxanalara baş çəkə bilərlər.

Məlumatda vurğulanır ki, «Açıq qapı günü» çərçivəsində komandanlıqla valideynlərin görüşlərində hərbi qulluqçuların xidməti ilə bağlı onları maraqlandıran məsələlər müzakirə edilir və suallar cavablandırılır.

Bayram günü münasibətilə şəxsi heyətdən ötrü də mədəni-kütləvi tədbirlər təşkil edilib.

2009-cu il noyabrın 17-də prezident İlham Əliyev «Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında» Sərəncam imzalayıb.