13:46, 18 Fevral 2019 (Bazar ertəsi) 178

Ət idxalı artıb

Ət idxalı artıb
Bu ilin yanvar ayında Azərbaycan 7.023 mln. ABŞ dolları dəyərində 5.043 min ton ət idxal edib.

Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2.589 mln. dollar (58 faiz) və 2.032 min ton (67 faiz) çoxdur.

Kənd təsərrüfatı ekspertləri bunu, əsasən, son illərdə Azərbaycanda pambıq sahələrinin artırılması ilə bağlı otlaq yerlərinin azalması ilə izah edirlər. Onların fikrincə, bu proses heyvandarlığa ciddi zərbə vurub. Ekspertlər üstəlik, hesab edirlər ki, burada son bir ildə əhalinin alıcılıq qabiliyyətinin müəyyən qədər artmasının da təsiri var.