Siyasət

Aclıq edən məhbusları başqa müəssisələrə köçürüblər

21 Yanvar, 2019
924
Bloger Mehman Hüseynova dəstək olaraq, 13 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirən fəallar - jurnalist Elçin İsmayıllı və "Müsəlman Birliyi Hərəkatı"nın koordinatoru Əhsən Nuruzadənin yeri dəyişdirilib. Meydan TV-nin məlumatna görə, E.İsmayıllı 17 saylı, Ə.Nuruzadə isə 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

Bu fəallar 13 saylı cəzaçəkmə müəssisəsində saxlanan "Nida” Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə və Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!” şüarı yazıldıqdan sonra həbs olunan Bayram Məmmədovla birlikdə yanvarın 13-dən aclıq aksiyasına başlayıb.

Bu haqda Meydan TV-yə məlumat verən fəalların yaxınları bildiriblər ki, bütün təzyiqlərə baxmayaraq, aclığı dayandırmadıqlarına görə onları bu cür ayırıblar:

"İlkinlə Bayramı 13 saylıda saxlayıblar, bu ikisini köçürüblər. Bildiyimizə görə, yenə də hamısı aclığı davam etdirirlər”.

Heydər Əliyevin heykəlinə şüar yazıldıqdan sonra həbs olunan digər fəal Qiyas İbrahimovun da 2 saylı cəzaçəkmə müəssisəsində aclığı davam etdirdiyi bildirilir.

Anası Şura Əmiraslanovanın sözlərinə görə, oğlunu aksiyanı dayandırması üçün yola gətirməyə çalışsa da, Qiyas fikrindən daşınmayıb.

İ.Rüstəmzadənin bacısı Türkan Rüstəmzadə də qardaşıgilin 8 gündür aclığı davam etdirdiyini bildirib. Ə.Nuruzadə və E.İsmayıllının köçürülməsini o da təsdiqləyib.
Penitensiar Xidmət isə həbsdə olan şəxslərin aclıq aksiyası keçirməsi barədə məlumatları təkzib edir. Fəalların başqa cəzaçəkmə müəssisələrinə köçürülməsi barədə məlumatları isə şərh etmir. Bildirilir ki, qanun məhbusların yeri barədə informasiya verməyi qadağan edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo