Siyasət

"Aidiyyatı qurumlar işgəncə hallarına ciddi reaksiya verməlidirlər"

18 Aprel, 2019
1135
"Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) yol verilmiş qanunsuzluqların aradan qaldırılmasını, mühakimələrin və məhkəmələrin ədalətli aparılmasını, həbsdə olan bütün siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir”.


SMMM Respublika Baş Prokurorluğu başda olmaqla, aidiyyatı qurumların insanların qanunsuz həbs olunması, qətlə yetirilməsi, təzyiq və təqiblərə, ağır işgəncələrə məruz qalması hallarına ciddi reaksiya verməli, müvafiq addımlar atmalı olduğunu bəyan edib.

"Son vaxtlar hakimiyyətin repressiv siyasətinin davamı olaraq ictimai-siyasi fəalların şərlənib həbs olunması, təqib və təzyiqlərə, işgəncələrə məruz qalması halları genişlənməkdədir. Bir tərəfdən "məhkəmə-hüquq sistemində dərinləşmə islahatları”nın aparılmasından bəhs edilir, digər tərəfdən əməli olaraq əks hərəkətlər təkrarlanır. 10 iyul 2018-ci il Gəncə hadisələri və Tərtərdə hərbiçilərlə bağlı açılmış cinayət işlərində yol verilmiş qanunsuzluq və işgəncə halları, ictimai fəallara qarşı aparılan repressiyalar ictimaiyyətin haqlı narazılığına səbəb olur”, deyə sənəddə qeyd edilir.

Bəyanatda deyilir ki, son 1 ayda onlarla ictimai fəal – "heykəl məhbusu” Bayram Məmmədov, Tofiq Məmmədov, Qaraçuxur sakini Ruslan Cumayev, Aqil Hümbətov, AXCP üzvləri - Nicat Abdullazadə, Nicat Nizamov, Yalçın Abdullayev, Paşa Umudov, Saqif Qurbanov və digərləri inzibati qaydada qanunsuz həbslərə məruz qalıb, ictimai fəallar - Qiyas İbrahimov, Gülnarə Rahimova, Fatimə Mövlamlı, jurnalist Sevinc Sadıqova dəfələrlə əsassız olaraq saxlanılaraq polis bölmələrinə aparılıb.

SMMM-in üzvlərinin Gəncədə baş vermiş məlum hadisələrlə bağlı Sabunçu rayon Məhkəməsində iştirakı və digər apardıqları araşdırmalar zamanı məlum olub ki, hadisələr zamanı həbs olunmuş şəxslər birmənalı şəkildə ən ağır işgəncələrə və qeyri-insani münasibətə məruz qalıb.

"Təəssüflə qeyd olunmalıdır ki, 2017-ci ildə Tərtərdə bir qrup hərbiçinin müəmmalı qətli və kütləvi həbsi ilə nəticələnən hadisələrlə bağlı keçirilən məhkəmə prosesi də çoxsaylı qanun pozuntuları ilə müşaiyət olunur. Qapalı keçirilən həmin məhkəmə proseslərində də işgəncə nəticəsində alınmış ifadələr əsas götürülür, ittiham tərəfindən məhkəməyə ciddi dəlil və sübutlar təqdim olunmur. Hərbiçilərin məruz qaldığı dəhşətli və amansız işgəncələrin araşdırılması istiqamətində heç bir addım atılmır”, deyə bəyanatda qeyd edilir.

Turan İA

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo