Siyasət

Ailəsi Taleh Bağırzadədən xəbər ala bilmir

10 Fevral, 2019
1358
"Müsəlman Birliyi” Hərəkatının sədri, 9 gündür ki, aclıq etdiyi bildirilən Taleh Bağırzadənin vəkili onunla görüşmək üçün Qobustan həbsxanasına getsə də, görüşə bilməyib. Bu barədə Meydan TV-yə ilahiyyatçının ailə üzvləri məlumat verib.

Yaxınlarının bildirdiyinə görə, T.Bağırzadə 10 gündür ki, evə zəng eləmir, onun durumu barədə heç bir xəbər ala bilmirlər:

"Vəkil fevralın 8-də həbsxanaya gedib, onu rəis Aftandil Ağayevin özü qəbul edib. İddia edib ki, Talehə heç bir işgəncə verilmir. Sözündən belə çıxıb ki, guya Taleh Bağırzadə özü şişirdir. Halbuki, Talehi tanıyanlar yaxşı bilir, o ətrafdakıları narahat etməmək üçün problemlər olanda da bunları demirdi. Vəkil aclıq məsələsini soruşub, rəis konkret cavab verməyib. Deyib ki, özü aclıq elədiyini bildirir, amma bir neçə gün əvvəl onu şəxsən qəbul eləyib söhbətləşəndə aclıq elədiyini hiss etməyib”.

Görüşün hansı səbəbdən baş tutmamasına gəlincə, yaxınları deyir ki, həbsxana əməkdaşları gəlib deyib ki, T.Bağırzadə özü imtina edib, vəkillə görüşmək istəmədiyini deyib: "Vəkilin başqa çarəsi qalmayıb, bir məktub yazıb. Göstərib ki, ailə üzvləri, dostları durumundan çox narahatdır. Ona görə də xahiş edirlər ki, aclığı dayandırsın. Həbsxananın əməkdaşı məktubu aparıb, geri qayıdıb deyib ki, Talehə verib, o da oxuyub, bildirib ki, "anladım”. Düzü, bu vəziyyət narahatlığımızı daha da artırıb. Çünki Taleh Bağırzadə ətrafdakılara hörmətlə yanaşan adamdır. Bu adam niyə vəkillə görüşməkdən imtina etməlidir? Niyə evə zəng eləməyib, yaxınlarını narahat saxlamalıdır? Deməli, bilmədiyimiz məsələlər var. Dünəndən narahatlığımız daha da artıb”.

Penitensiar Xidmət isə T.Bağırzadənin təzyiqlərə məruz qalması, onun və digər Nardaran məhbusu Abbas Hüseynovun aclıq etməsi barədə məlumatları təkzib edir.

T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. Ona və həmin vaxt həbs olunan digərlərinə qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. İlahiyyatçı 20 il azadlıqdan məhrum edilib. Onunla birlikdə həbs olunan digər şəxslərə də 10 ildən 20 ilə qədər həbs cəzası verilib.
T.Bağırzadə özünü təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo