İqtisadiyyat

Avtomobillərin qiymətlərində artım gözlənilir

17 Dekabr, 2018
1110
"2019-cu ildən Azərbaycanda avtomobillərin qiymətindəki artım sürətlənəcək".

Bunu iqtisadçı Vüqar Bayramov bildirib.

İqtisadçi deyib ki, bu artım Vergi Məcəlləsinə edilən dəyişikliklərlə əlaqəlidir. O vurğulayıb ki, ölkəyə idxal edilən avtomobillərə tətbiq edilən yeni aksiz vergi dərəcələri yanvarın 1-dən qüvvəyə minir: ​"Həmin dəyişikliklərə görə, bütün növ mühərrikə malik avtomobillərin idxalına tətbiq edilən aksiz vergisinin artırılması nəzərdə tutulub. Avtomobillərin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda onun hər kubsantimetrinə görə aksiz vergisi 20 qəpikdən 30 qəpiyə yüksəldilib. Vergi həmin göstərici 3000 kubsantimetrədək olan avtomobillərdə əvvəllər 400 manat + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə isə 3 manat idi. Gələn ildən bu rəqəmlər uyğun olaraq 600 manat və 5 manat olacaq".

İqtisadçı vurğulayıb ki, mühərrik gücü böyük olan avtomobillərdə daha yüksək vergi artımları nəzərdə tutulur. Onun deməsinə görə, dəyişikliklərin gələn ildən qüvvəyə minəcəyinə baxmayaraq, artıq avtomobil bazarında qiymət artımları müşahidə edilməkdədir.

V.Bayramova görə, mühərrik gücü böyük olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərinin artırılmasını fiskal (büdcə-vergi) baxımdan əsaslandırmaq mümkün olsa da, kiçik mühərrikli avtomobillərlə bağlı bunu demək çətindir.

İqtisadçının sözlərinə görə, avtomobil idxalı ilə bağlı aksiz vergilərinin davamlı olaraq artırılması ölkədə avtomobil parkının köhnəlməsinə səbəb olur. O hesab edir ki, bu hal növbəti illərdə ekoloji problemlər də yarada bilər.

V.Bayramov deyir ki, gələn ildən xüsusən yeni avtomobillərin qiymətində daha çox artımlar gözlənilir.

Sonuncu dəfə bu il yanvarın 1-də Azərbaycana gətirilən bəzi minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu artırılmışdı. Bu, Nazirlər Kabinetinin ötən il noyabrın 17-də təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri" ilə bağlı qərarında öz əksini tapmışdı. Həmin vaxt rüsum avtomobillərin mühərrikindən asılı olaraq təqribən 75 faiz artırılmışdı.

Azadlıq Radiosu

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo