Siyasət

Azər Qasımlı deyir ki, "Azərpoçt" şikayətin itməsini təsdiqləyir

17 Dekabr, 2018
1026
"Azərpoçt" MMC-nin "Respublikaçı Alternativ" (REAL) Partiyasının rəhbərlərindən Azər Qasımlının Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) göndərdiyi şikayətinin itdiyini rəsmən təsdiqlədiyi bildirilir.
 
Poçtun bununla bağlı siyasətçinin vəkillərinə yazılı cavab göndərdiyi deyilir.

Söhbət A.Qasımlının bu ilin mayında inzibati qaydada həbs olunmasından AİHM-ə göndərdiyi şikayətin bir müddət öncə itməsindən gedir.

A.Qasımlı "Turan" agentliyinə bildirib ki, onun vəkilləri şikayətin itməsi ilə bağlı "Azərpoçt"a müraciət edib, araşdırma aparılmasını istəyiblər. Onun deməsinə görə, həmin müraciətə "Azərpoçt" MMC-nin baş direktorunun müavini Sübhan Kazımov cavab verib.

Müdafiə tərəfinin bildirməsinə görə, cavabda qeyd edilir ki, "Fransaya göndərilmiş beynəlxalq poçt göndərişi Bakı Poçt Daşıma Mərkəzində itib".

Cavabda həmçinin, poçt göndərişinin itməsinə görə dəymiş maddi ziyanın ödəniləcəyinin də qeyd edildiyi deyilir.

"Mövcud qaydalara uyğun olaraq, sözügedən poçt göndərişinin itirilməsinə görə sizə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi üçün 1 saylı Poçt filialına müvafiq göstəriş verilmişdir", - müdafiə tərəfinin bildirməsinə görə, cavabda yazılıb.

A.Qasımlının bildirdiyinə görə, itmiş şikayət artıq təkrar AİHM-ə göndərilib.

Müdafiə tərəfinin bu açıqlamasına "Azərpoçt" MMC-dən münasibət almaq mümkün olmayıb .

REAL Partiyası Ali Məclisinin üzvü A.Qasımlı mayın 29-da Yasamal Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib. Polisə tabe olmamaqda günahlandırılan A.Qasımlı həmin vaxt həbsini Respublika günü şəhərin mərkəzində keçirilən yürüşlə izah edib.

Mayın 28-də Bakının mərkəzində 28 may - Respublika günü münasibətilə REAL Partiyasının üzvlərinin və başqa fəalların iştirakı ilə yürüş keçirilib. Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək, onun sona kimi davam etməsinə imkan verməyib. Bundan bir gün sonra isə A.Qasımlı saxlanmışdı.

Bundan öncə bir neçə vəkil və hüquqşünaslar da eyni problemlə üzləşdiklərini açıqlayıblar. Onların arasında Nemət Kərimli, Əsabəli Mustafayev və Elçin Sadıqov da olub. Gənc fəal Bayram Məmmədov, müxalif siyasətçi Fuad Qəhrəmanlı, "Azadlıq" qəzetinin əməkdaşı Seymur Həzi və başqa məhbusların işi üzrə AİHM-ə göndərilən şikayət ərizələri gedib ünvanına çatmayıb. Sonradan onlarla bağlı şikayətlər yenidən göndərilib.

"Azərpoçt" MMC-dən həmin vaxt AzadlıqRadiosuna məktubların bəzən ünvanına gedib çatmadığını təsdiqləsələr də, bildirilib ki, belə hallar istənilən ölkədə baş verir: "Bağlama da itə bilər, məktub da itə bilər. Bu hal Amerikada da olur, Fransada da olur. Görünməmiş iş deyil".

Ancaq bəzi vəkil və hüquqşünaslar belə halların baş verməsini sırf texniki qüsur kimi qəbul etmirlər. Onların fikrincə, Azərbaycan hökuməti təmsilçiləri imkan daxilində AİHM-ə şikayət getməsini istəmirlər. Hərçənd, rəsmilər də belə fikirləri bölüşmürlər.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo