Siyasət

Azərbaycan erməni jurnalistləri qəbul etməyə hazırdır

16 Aprel, 2019
868
Azərbaycan öz ərazisində erməni jurnalistləri qəbul etməyə hazırdır? Moskvanın "Kommersant" qəzetinin bu sualına XİN-in rəsmi nümayəndəsi Leyla Abdullayeva təsdiqləyici cavab verib.
 
"Bakıda həmişə Azərbaycan və erməni icmaları arasında nisbi qarşılıqlı anlaşmanın yaranmasına və möhkəmlənməsinə şərait yaradacaq şərtlərin yaradılması meyli olub".

Münaqişə tərəflərindəki qohumlarının məhbuslara baş çəkməsinə gəlincə, bu məsələ də aktualdır, belə ki, Azərbaycanda da, Ermənistanda da hər iki ölkənin vətəndaşı olan məhbuslar var.

Ermənistan XİN-dəki mənbə Azərbaycanlı məhbusların qohumlarının Ermənistanda və Qarabağda onlara baş çəkməsinə icazə verməyə hazır olduqlarına eyham edib. Qəzetin "Bakı öz vətəndaşlarının Ermənistan və Qarabağa getməsinə icazə verəcək?" sualına cavabda Leyla Abdullayeva deyib: "Azərbaycan hakimiyyəti heç vaxt vətəndaşlarımızın Ermənistana və xüsusən bizim işğal edilmiş ərazilərimizə səfər etməsinə sərt qadağalar qoymayıb". Onun sözlərinə görə, belə səfərlərin nadir olması yalnız Azərbaycanlıların "şəxsi təhlükəsizlikləri ilə bağlı" bu səfərlərdən yayınması ilə bağlıdır, amma "Ermənistan tərəfi lazımi təhlükəsizlik zəmanəti verərsə", vəziyyət dəyişə bilər.

Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının 15 aprel Moskva görüşünün yekunlarına görə qəbil edilmiş bəyanatda jurnalistlərin qarşılıqlı səfərlərini təşkil etməyə və məhbusların qohumlarının onlara baş çəkməsini təşkil etməyə hazırlıqdan bəhs edilir.
 
Turan İA

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo