Siyasət

Azərbaycan ilə Belarus birgə traktor istehsal edəcək

16 Aprel, 2019
912
Türkiyənin Krıkkale şəhərində tikilən Belarus traktorlarının yığım müəssisəsinin bu ilin iyul ayında fəaliyyətə başlaması nəzərdə tutulur.

Sözügedən müəssisə Minsk Traktor Zavodu (MTZ) ilə Gəncə Avtomobil Zavodu arasında bir neçə ildir yaradılan əməkdaşlıq çərçivəsində inşa olunur. Belə ki, hər iki tərəfin iştirakı ilə ekoloji standartlar baxımından sərtliyi ilə seçilən Türkiyə bazarı üçün "Belarus-1221” modelinin "Euro4” standartına uyğunlaşdırılan xüsusi versiyası hazırlanıb.

Bu barədə jurnalistlərə MTZ-nın Baş direktoru Fedor Domotenko məlumat verib. O, Gəncə Avtomobil Zavodu ilə əməkdaşlıq sayəsində Krıkkaledəki müəssisənin təkcə bir korpusunun inşasında, təqribən, 1 milyon ABŞ dolları qənaət etdiklərini diqqətə çatdırıb. 

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli və Belarus Baş nazirinin müavini İqor Lyaşenkonun başçılıq etdiyi nümayəndə heyəti inşaat işləri ilə tanış olub.

Bu il 100 ədəd, gələn il 200 ədəd, sonrakı dövrdə illik 1000-dək traktor istehsal etməyi hədəflədiklərini qeyd edən MTZ-ın Baş direktoru deyib ki, kadrlar olsa, müəssisədə ildə 3000-dək traktor yığmağın mümkündür: "Belə ki, yerli mütəxəssislərə Minsk Traktor Zavodunun və Gəncə Avtomobil Zavodunun əməkdaşları təlim keçəcəklər.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo