10:35, 10 Avqust 2018 (Cümə) 380

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycan nefti yenidən bahalaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,23 dollar və yaxud 0,31% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 73,42 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.