Sosial

Azərbaycan Pasport İndeksində qonşularından geri qalır

8 Yanvar, 2019
1001
2019-cu il yanvarın 8-də "Henley & Partners" şirkəti yenilənmiş Pasport İndeksini dərc edib. Sənəd dünya ölkələrində vizasız rejimdə son dəyişiklikləri əks etdirir.

2019-cu ilin birinci rübü üzrə İndeksin lideri Yaponiya olub. Bu ölkənin vətəndaşları dünyanın 190 ölkəsinə vizasız gedə bilər. Bir il öncə birinci yeri Almaniya tutmuşdu (177 ölkə). Hazırda Almaniya üçüncü yeri Fransa (vizasız 188 ölkə) ilə bölüşür. İkinci yerdə Cənubi Koreyadır. Belə ki, üç ayda Hindistanı vizasız ölkələr siyahısına daxil edərək İndeksdə bir mövqe yüksəlib. Sinqapur da 189 ölkə göstəricisi ilə ikinci yerdədir.

Böyük Britaniya və ABŞ İndeksdəki mövqelərini itirməkdə davam edirlər və hazırda 6-cı yerdədirlər (185 ölkə). Ekspertlər 2015-ci ildə tutduqları 1-ci yerdən enmələrini hər iki ölkənin "bağlı qapılar" siyasəti ilə uzah edirlər.

2019-cu ilin əvvəlində Azərbaycan vətəndaşları dünyanın 66 ölkəsinə vizasız gedə bilir. Ölkə İndeksdə 74-cü yeri tutur. Ötən il azərbaycanlılar dünyanın 63 ölkəsinə vizasız gedə bilirdilər.

Rusiya, Türkiyə və Qazaxıstan vətəndaşları müvafiq olaraq 119, 111 və 76 ölkəyə vizasız səfər edə bilər. Gürcüstan İndeksdə 51-ci yeri tutur. Çünki ölkə vətəndaşları 114 ölkəyə vizasız səfər edə bilər.

2018-ci ildə "İnvestisiyalar vasitəsilə vətəndaşlıq" proqramını işə salan Moldova 46-cı yeri tutur (vizasız 122 ölkə). Ukrayna vətəndaşları isə 128 ölkəyə vizasız gedə bilər.

Turan İA



Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo