Sosial

Azərbaycan yenə "avtoritar" ölkələr sırasındadı

9 Yanvar, 2019
1123
Ötən il son üç ildə ilk dəfə olaraq dünyanın demokratiya İndeksi pisləşməyib. Amma qlobal miqyasda heç irəliləyiş də qeydə alınmayıb.

‘Economist Intelligence Unit’ (EIU) bildirir ki, bütün dünyada hökumətlərin işindən məyusluq açıq-aşkar görünüb və bu da özünü siyasi qurumlara inamın, sonucda demokratiyanın özünə inamın sarsılmasında göstərir.

Son illər mülki azadlıqlarda müşahidə olunan geriləmə də dəyişməz qalıb. Amma qlobal səviyyədə demokratiyanın əsas komponentlərindən sayılan siyasi iştiraklılığın gücləndiyi bildirilir. Yəni əhali siyasətdən kənar qalmır, əksinə, səsverməyə gedir, etirazlara çıxır. Elə məhz bu fakt Demokratiya İndeksinin geriləməsini önləyib.

İlin qalibləri və luzerləri də bəllidir. Nikaraqua və Venesuela reytinqdə 17 pillə geriləyib. Avropada İtaliya 12 pillə, Türkiyə 10, Rusiya 9 pillə düşüb.

Amma Ermənistan, Makedoniya, Ekvador, Haiti və Tunisin reytinqində yaxşılaşma qeydə alınıb.

Ötən il küçə etirazları nəticəsində Ermənistanda Serj Sarkisyan hakimiyyətdən getdi, müxalifət lideri Nikol Pashinian baş nazir postuna gəldi.

Tam demokratik ölkələr siyahısında ilk onluqda Norveç, İslandiya, İsveç, yeni Zelandiya, Danimarka, Kanada, İrlandiya, Finlandiya, Avstraliya və İsveçrə yer alıb.

Azərbaycan 149-cu pillədə qərarlaşıb, "avtroritar” ölkə sayılıb. Onunla bu sırada Belarus, Əfqanıstan, Qazaxıstan, Rusiya, İran, Özbəkistan, Tacikistan və Türkmənistan yer alıb.

Azərbaycan hakimiyyəti ölkənin avtoritar üsullarla idarə olunmasına dair beynəlxalq qurumların tənqidlərini qəbul etmir, ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

Birləşmiş Ştatlar, Çexiya, Bolqarıstan, Xorvatiya, Serbiya və Rumıniya qüsurlu demokratiyalardır.

Ukrayna (84), Gürcüstan (89), Ermənistan (103) hibrid rejimli ölkələr sırasındadırlar.

EIU 2017-ci ildəki düşüşdən sonra Avropada, Asiyada, Avstraliyada, Saharaaltı Afrikada ötən il yaxşılaşma qeydə alındığını vurğulayır. Latın Amerikası və Qərbi Avropada isə davamlı pisləşmə baş verib. Şərqi Avropa 2006-cı ildən demokratiya İndeksinin çox pisləşdiyi region olaraq qalmaqdadır. Asiyada isə ən böyük irəliləyiş qeydı alınıb.

İtaliya, Türkiyə və Rusiya daxil olmaqla bir sıra Avropa ölkələrinin reytinqində ciddi geriləmə var. Ötən il Türkiyədə prezidentliyə nəzarətin zəifləməsi fonunda indeksi daha da düşüb. Rəcəp Tayyip Ərdoğanın iyunda qalib gəldiyi seçki fövqəladə vəziyyətdə keçirilib, azad görünsə də, əsasən ədalətsiz keçib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo