Sosial

"Azərbaycanda birdəfəlik plastik torbaların istifadəsi qadağan oluna bilər"

28 Noyabr, 2018
2211
"Azərbaycanda birdəfəlik plastik torbaların istifadəsi qadağan oluna bilər"

- Plastik tullantıların zərəri çoxdurmu?

- Plastik qablaşdırma tullantıları, xüsusən də polietilen torbalar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. Bu günədək istehsal olunan plastik qablaşdırma məhsullarının 50%-i son 20-25 il ərzində istehsal olunub. Bu sahədə vəziyyəti mürəkkəbləşdirən amillərdən biri də plastik tullantıların təbiətdə 100 illər ərzində parçalanmadan ilbəil miqdarının artmasıdır.
 
Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti və sututarları çirkləndirir. Eyni zamanda, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafına və bununla da məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Digər tərəfdən, bu tullantılar yanan zaman əmələ gələn toksiki tüstü atmosfer havasını zəhərləyir.

Odur ki, plastik tullantıların təbiətə neqativ təsirlərinin aradan qaldırılması ətraf mühitin sağlamlaşdırılması sahəsində prioritet hesab olunur.

- Dünyada vəziyyət necədir?

- Bəzi Avropa ölkələrində, məsələn, Hollandiya, Sloveniya, Çexiya, Slovakiya, Polşa, İsveç, Finlandiya, Latviya, Litvada ildə adambaşına 10-19 kq plastik tullantı əmələ gəlir.

Bir çox inkişaf etmiş ölkələrdə plastik qablaşdırıcılardan istifadənin azaldılması və ya qadağa olunması istiqamətində müvafiq qanunvericilik bazası yaradılıb. Müxtəlif iqtisadi mexanizmlərdən istifadə edilməklə plastik tullantıların toplanılması, təkrar emalı sisteminin təkmilləşdirilməsi işləri aparılır.

Məsələn, 1994-cü ildə Danimarkada ticarət müəssisələrində pulsuz polietilen torbaların paylanmasına vergi tətbiq olunub. Danimarkada plastik torbalar ödənişli ediləndən sonra alıcılar arasında ona təlabat 90% azalıb. İrlandiyada plastik torbaların qiyməti artdıqdan sonra bu məhsula tələbat 94% azalıb.
 
Latviyada polietilen paketlərdən istifadəni azaltmaq üçün onlara vergi tətbiq olunur. İtaliyada 2011-ci ildən yüngül çəkili plastik torbaların istifadəsinə qadağa qoyulub. Bu plastik torba istehlakının 50% azalmasına gətirib çıxarmışdır.

Ümumiyyətlə, əksər Avropa ölkələrində plastik torbalardan istifadənin məhdulaşdırılması istiqamətində əsas tədbir kimi plastik torbaların ödənişli olması və ya ekoloji vergi tətbiqindən istifadə edilir.

Hazırda bir çox Avropa ölkələrində dəfələrlə istifadə olunan parça torbalardan və asanlıqla parçalanan qablaşdırma materiallarından istifadəyə üstünlük verilir.

- Bəs Azərbaycanda vəziyyət necədir?

- Azərbaycanda isə Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılmış təhlilə görə, adambaşına ildə 24 kq plastik tullantı əmələ gəlir. Azərbaycanda Statistika Komitəsinin və Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2009-cu ilə görə plastik torbaların ölkədə istehsalı 2 dəfəyə qədər, bu məhsulların ölkəyə idxalı isə 5 dəfəyə qədər artıb.

- Vəziyyətin yaxşılaşdırılması üçün hansı işlər görülür?

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycanda bu məsələnin həlli istiqamətində ardıcıl işlər görülür. Ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, plastik tullantılarının yandırılması zamanı atmosfer havasının çirkləndirilməsi nəticəsində insan sağlamlığı üçün yaranan əlavə risklərin azaldılması üçün mərhələli şəkildə plastik məhsulların istifadəsinin məhdudlaşdılılmasına yönələn fəaliyyətimiz, düşünürəm ki, əhali tərəfindən dəstəklənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi gələn ildən başlayaraq ticarətdə plastik torbaların ödənişli olması ilə bağlı müvafiq işlər görür və yaxın zamanda ölkədə birdəfəlik istifadə olan 20 mikrona qədər plastik torbaların istifadəsinin qadağan olunması nəzərdə tutulur.

Düşünürük ki, bu addımlar problemin həlli istiqamətində irəliləyişin əldə olunmasına, atmosfer havasının əlavə çirklənməməsinə və insan səhəti üçün yarana biləcək fəsadların azaldılmasına gətirəcək. Hər bir insanın təmiz ətraf mühitdə yaşamaq hüququ varsa, deməli heç bir insanın da bu ətraf mühiti çirkləndirmək hüququ yoxdur.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo