18:22, 10 Sentyabr 2018 (Bazar ertəsi) 883

Azərbaycanda intiharlar - ANİMASİYA

Hər il təxminən dünyada 800 min adam intihar səbəbiylə ölür. Bu, hər 40 saniyədə bir nəfər deməkdir.

2015-ci ildə intiharların 78% -i aşağı və orta gəlirli ölkələrdə baş verib.

Bu məlumatları təqdim edən Dünya Səhiyyə Təşkilatı Azərbaycandakı intihar hadisələri barədə statistika dərc etmir.

Çünki Azərbaycan özü rəsmi olaraq bu statistikanı hesablamır.

2017-ci ildə Azərbaycan Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinin morqlarına ölüm səbəbi intihar olan 495 meyit gətirilib.

Beləliklə də 2017-ci ildə təqribən hər 3 gündə 4 intihar hadisəsi baş verib və hər 100 min əhaliyə 5-6 ölümlü intihar hadisəsi düşüb.

Açıq Azərbaycan portalının mediadan topladığı məlumatlara görə, 2018-ci ilin 6 ayı ərzində  ölkədə 310 birbaşa ölümlə nəticələnən intihar hadisəsi və ya intihara cəhd baş verib.

Bunlardan 200-ə yaxını birbaşa ölümlə nəticələnən intihar hadisəsidir.

Hadisələri törədənlərin ortalama yaşı 37 olub.

Ən gəncin yaşı 11, ən yaşılının isə 87-dir.

İntihar törədən hər dörd nəfərdən üçü kişi, biri isə qadın olub.

İntihar hadisələrinin hansı motivlə törədilməsi bir çox hallarda ictimaiyyətə bəlli olmur.

İntihar riski yüksək olan əhali qruplarının və bölgələrin müəyyən edilməsi önəmlidir.

Risk faktoru daşıyan əhali qruplarından biri banklara böyük həcmli kredit borcu olan şəxslərdir.

Digər bir sosial risk qrupu isə məhkumlardır.

İntiharların əksəriyyəti məhkumların düşdükləri psixiloji vəziyyət və törətdikləri cinayətlə əlaqədardır.

Özünə qəsd edən məhkumların əksəriyyəti intihar etməzdən öncə məktub yazaraq bunu etdikləri cinayətlə əlaqələndiriblər.

Narkotik vasitələrin istifadəçiləri də intihar riski yüksək qrupa aiddir.

Narkotik vasitənin uzun müddət qəbulu insanda intihar etmə cəhdlərini artırır.
 
İqrar Qurban
Toplum.Tv