Siyasət

“Azərbaycanda sistematik korrupsiyanın aradan qaldırılacağına inanmıram” - Hüquqşünas

17 Aprel, 2019
1053
Hesablama Palatası dövlət qurumlarının ötənilki fəaliyyəti haqqında hesabat yayıb. 

Hesabatda bildirilir ki, 2018-ci ildə 207 vəzifəli şəxs fəaliyyətində nöqsanlara yol verib. 

Təqdim edilmiş məlumatlar əsasında 21 nəfər işdən çıxarılıb, 80 nəfərə xəbərdarlıq və 11 nəfərə ciddi xəbərdarlıq edilib, 6 nəfərə şiddətli töhmət və 74 nəfərə töhmət verilib.

Bundan başqa, 13 nəfər vəzifəli şəxsin maaşının 10% azaldılması ilə bağlı qərar qəbul edilib və 2 nəfər aşağı vəzifələrə keçirilib.
 
İqtisadçı ekspert Natiq Cəfərli Toplum.Tv-yə deyib ki, Hesablama Palatasının istənilən yoxlaması qanunvericiliyə görə, hüquq mühafizə orqanlarına cinayət işinin başlanması ilə üçün əsas yaradır: "Palata qanunvericiliyə görə də cinayət işinin başlanmasına əsas yaradan orqandır. Əgər bununla bağlı cinayət içləri açılmırsa, cinayət araşdırılmaları aparılmırsa, deməli, burada qanunda olan boşluqlardan deyil, siyasi iradədən asılı məsələdir. Çünki cinayət məcəlləsində açıq-aşkar korrupsiya faktları ilə bağlı hansı addımların atılması ardıcıllıqla göstərilib. Büdcə korrupsiyası isə ən ağır cinayətlərdən biridir. Necə ola bilər ki, bir nəfərin 50 manatdan yuxarı hər hansı bir maliyyə fırıldağı və ya rüşvət əməli olubsa, həmin şəxs cinayət məsuliyyətinə cəlb olunur, milyonlarla büdcə vəsaitinin talanması ilə bağlı Hesablama Palatası rəsmi dövlət qurumu olaraq açıqlamalar verir, lakin bununla bağlı heç bir cinayət işi açılmır”.

Ekspertin sözlərinə görə, bu dövlət orqanlarının qeyri-ciddi yanaşmasıdır: "Dediyim kimi, Hesablama Palatasının funksiyalarından biri də apardığı yoxlamaların nəticəsini elan etməkdir. Hüquq mühafizə orqanlarının da borcudur ki, elan olunan nəticələrə görə cinayət işlərinin başlamasına start versin. Əgər bu proses pozulubsa, deməli, bununla bağlı bir siyasi qərar, siyasi iradə olmalıdır ki, toplanan materiallar məhz cinayət içinə transfer olunsun, cinayət işi açılmasına əsas yaratsın”.

DeputatAydın Mirzəzadə bildirib ki, məsələ ilə bağlı hüquq mühafizə orqanları müvafiq addımı atacaqlar: "Əgər Hesablama Palatasının yaydığı ciddi qanun pozuntularıdırsa, sənədlər hüquq mühafizə orqanlarına göndərilir, orada da araşdırma başlanılır”.
 
Hüquqşünas Səməd Rəhimli bildirib ki, dövlət qulluqçuları ilə bağlı məsuliyyət tədbirləri "Dövlət qulluğu haqqında" Qanunla nəzərdə tutulub: ""Dövlət qulluğu haqqında" Qanunun 25-ci maddəsi dövlət qulluqçularının məsuliyyətini müəyyən edir ki, onlar vəzifələrini yerinə yetirməmələrinə, yaxud lazımi qaydada yerinə yetirməmələrinə, ya da ki qanuni məhdudiyyətlərinə əməl etməmələrinə görə intizam məsuliyyətinə cəlb olunurlar. Əgər kiçik pozuntdursa, intizam məsuliyyətindən əvvəl xəbərdarlıq oluna bilər, ya da ki töhmət. Bir il müddətində 5%-dən 30%-ə kimi maaşın azaldılması, daha aşağı vəzifəyə keçirilmə və dövlət qulluğundan azad edilmə kimi intzam tənbehləri tətbiq oluna bilər. Hesablama Palatasının mahiyyət üzrə funksiyası nəzarət işini görmək və ya dövlət qulluqçularının pozuntulara yol verdiyini müəyyən etməkdir". 

Onun sözlərinə görə, pozuntuların hamısı heç də eyni xarakterdə olmadığı üçün bəzi pozuntulara daha yüngül tənbeh vermək olar: "Bəzi pozuntulara isə daha ağır tənbeh vermək lazımdır. Pozuntuların hamısına eyni cəzanı vermək və bütün pozuntulara görə dövlət qulluqçusunu işdən çıxarmaq düzgün deyil. Ümumiyyətlə, bu tək Azərbaycanda deyil, dünyanın bütün yerlərində bürokratiya, yəni dövlət qulluğu dediyimiz yerlərdə, institutlarda müxtəlif xarakterli pozuntular olur. Bu, normal bir şeydir. Hər kəs öz işində səhv edə bilər, amma yaxşı olardı ki, korrupsiya pozuntuları az olsun. Çox təəssüf ki, Azərbaycanda sistemli korrupsiya var. Elə bir sistemdir ki, bütün işlər korrupsiya üzərində qurulub. Azərbaycanda xırda məişət korrupsiyası deyil. Çox ciddi mənada bütün sistem başdan-ayağa belədir. Belə olan halda siyasi sistemin özü müəyyən şəxsləri fəda eləməyi lazım bilir. Yəqin ki,  Hesablama Palatasının rəylərindən və məruzələrindən istifadə edir. İnanmıram ki, bu hal Azərbaycanda sistematik korrupsiyanı aradan qaldırmağa kömək eləsin. Amma çox güman ki, müəyyən səviyyədə pozuntulara yol vermiş şəxslər müəyyən tənbehlərlə üzləşiblər. Bu digərləri üçün də müəyyən nümunə olar ki, bundan sonra da ciddi qanun pozuntularına yol verməzlər. Amma sistematik korrupsiyanın aradan qaldırılacağına inanmıram”.

Nərgiz Absalamova
Toplum TV

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo