Siyasət

Azərbaycanın silah aldığı ölkələr

18 Dekabr, 2018
1886
Belarusiya prezidenti Aleksandr Lukaşenkonun Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyana etiraz olaraq verdiyi cavabda Azərbaycanın silah aldığı ölkələrin adını çəkməsi gündəm olub.

Bəs tam olaraq Azərbaycan silahı hardan alır və hərbiyə nə qədər pul ayırır?

Belarusiya prezidentinin adını çəkdiyi Rusiya, Türkiyə, İsraildən başqa Azərbaycanın silah aldığı xeyli ölkə var.

Rəsmi məlumata görə, 2002-ci ildən başlayaraq Azərbaycanın silah və hərbi texnika satın aldığı ölkələr arasında Cənubi Koreya, Pakistan, Ukrayna, Belarusiya və Cənubi Afrika Respublikası (CAR) var. 

Bundan başqa, Gürcüstandan 7 ədəd Su-25/UB «Qraç» tipli döyüş təyyarəsi, Bosniya və Herseqovinadan 10 ədəd 128 mm-lik RAK-12 «Plamen» reaktiv atəş sistemi satın alıb.

Azərbaycan istehsallı hərbi məhsulların ixracı da 9 faizdən çox artıb.

Bunu Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarının peşə bayramı münasibətilə keçirilən tədbirdə deyib.

ABŞ və Avropa ölkələri isə Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycana silah satmaqdan imtina edirlər.

Azərbaycanın 2018-ci il dövlət  büdcəsinin müdafiə sektoru üzrə xərcləri isə 2.905.221.836 manat olub.

"2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən 2019-cu il dövlət büdcəsinin müdafiə sektoru üzrə xərcləri 3 milyard 37 milyon manat olacaq.

Azərbaycan müdafiə xərclərini gələn ildə 465 milyon manat artıraraq, Cənubi Qafqazın ən hərbiləşmiş ölkəsi olma statusunu özündə saxlayacaq.

Uğur Fərzəli
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo