13:41, 06 Dekabr 2018 (Cümə axşamı) 85

Bakıda yenə süpürgəçi qadını maşın vurub

Bakıda yenə süpürgəçi qadını maşın vurub
Bakının Nizami rayonundakı Mənzil İstismar İdarəsində süpürgəçi işləyən Almagül Muradova dekabrın 6-da avtomobillə vurulub.

Bu barədə A.Muradovanın yerləşdirildiyi 3 saylı Xəstəxanadan bildiriblər.

"Nəqliyyat-yol hadisəsi bu gün səhər saatlarında, Nizami rayon 23 saylı Polis Bölməsinin yaxınlığında baş verib", - xəstəxanadan deyiblər.

Xəstəxanadan hadisənin necə baş verməsi barədə məlumatsız olduqlarını qeyd ediblər.

A.Muradovanın reanimasiya şöbəsinə yerləşdirildiyi deyilsə də, hazırda səhhətinin necə olması haqda informasiya verilməyib.

Səhiyyə Nazirliyindən isə bildiriblər ki, A.Muradova hazırda əməliyyat edilir və vəziyyəti ağır olaraq qalmaqdadır.

Hələlik baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarından açıqlama almaq mümkün olmayıb.

Bakıda bundan öncə də süpürgəçi qadınları avtomobil vurub. Nəticədə həyatını itirən də olub.

Azadlıq Radiosu