Sosial

Bakıdakı yeraltı keçidlərdə eskalatorlar niyə işləmir?

17 Aprel, 2019
905
Son illər Bakıda inşa edilmiş yeraltı keçidlərin əksəriyyət eskalatorla təchiz edilsə, onların bir qismi işləmir. 

Bu kimi hallara paytaxtın bütün ərazilərində, o cümlədən Füzuli və Yusif Səfərov küçələrində və Bakının digər ərazilərində rast gəlmək olar. 

Eskalatorların işləməməsi hamıya, xüsusilə də yaşlı insanlara çətinlik yaradır. Son nəticədə insanlar yeraltı keçidlərdən istifadə etməməyə, nəqliyyat vasitələrinin sıx olduğu yollarla hərəkət etməyə üstünlük verirlər. Bu isə təhlükəsizlik qaydalarına ziddir. 

Məsələ ilə bağlı  açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, nəzarətçilər eskalatorlara gündəlik baxış keçirirlər: "Eskalatorun təmiri mümkünsə, bu həyata keçirilir və qısa müddət ərzində işlək vəziyyətə salınır. Lakin təmiri mümkün deyilsə, sifariş verilir və eskalatorun ehtiyat hissəsi gətirilir. Füzuli küçəsində 6 eskalator işləmirdi, bunlardan 4-ü təmir olunub, 2-də problem var və bu problem yaxın müddət ərzində aradan qaldırılacaq. Ehtiyat hissəsi sifariş verilib”.

A.Nəcəfli bildirib ki, bu ilin martın sonuna olan göstəriciyə əsasən Bakıda 30-a yaxın yerdə eskalatorlar sıradan çıxmışdı: "Bunun 22-i təmir edilib. Hazırda bir neçəsinin təmiri həyata keçirilir, bəzilərinin isə ehtiyat hissələrini gözləyirik”.

O, eskalatorların sıradan çıxmasının səbəbi barədə danışıb: "Açıq hava şəraitində o cür eskalatorların quraşdırılması düzgün deyil. Bunlar uzunmüddət açıq hava şəratində fəaliyyət göstərmək üçün nəzərdə tutulmayıb. Yağışlı-qarlı hava şəraitində eskalatorun hər hansı bir hissəsi sıradan çıxa bilər”. 

Report.az

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo