10:27, 09 Noyabr 2018 (Cümə) 120

Baş redaktorun şikayəti təmin edilməyib

Baş redaktorun şikayəti təmin edilməyib
Noyabrın 8-də Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə "realliq.info” saytının baş redaktoru İkram Rəhimovun şikayətinə baxılıb.
 
Baş redaktor barəsində seçilmiş həbs-qətimkan tədbirindən şikayət verib. O, yazılarına görə həbs edildiyini bildirib. Lakin şikayət təmin edilməyib.

Bu barədə Meydan TV-yə İkram Rəhimovun yaxınları məlumat verib.

Bildirilib ki, Ombudsman Aparatının əməkdaşları bu həftə İkram Rəhimovla görüşüblər:

"Jurnalist onlara yaxınları ilə görüşə icazə verilmədiyini, həm də qanunsuz tutulması barədə prezidentdə şikayətlərinin göndərilməsinə maneçilik yaradıldığını deyib”.

İ.Rəhimov oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin CM-in 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən şantaj) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli şəxs kimi saxlanılıb.

Amma İ.Rəhimov ittihamları rədd edir.