15:01, 11 Sentyabr 2018 (Çərşənbə axşamı) 134

Bugünkü hərracın nəticəsi

Bugünkü hərracın nəticəsi
Sentyabrın 11-də Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə hərracı keçirib. Rəsmi məlumata görə, Bakının Nizami rayonundakı 446,8 kvadratmetrlik qeyri-yaşayış sahəsi 90 min manata satılıb.

"VAZ” markalı avtomobil 1000 manata, "Mersedes Benz” markalı nəqliyyat vasitəsi 15 min 300 manata özəlləşdirilib.

Komitə bildirir ki, 18 sentyabr hərracına ümumilikdə 172 dövlət əmlakı çıxarılıb. Onların 23-ü səhmdar cəmiyyəti, 88-i kiçik dövlət müəssisə və obyekti, 52-si qeyri-yaşayış sahəsi, 9-u nəqliyyat vasitəsidir.