11:17, 12 Sentyabr 2018 (Çərşənbə) 131

Doğulan uşaqların 53 faizi oğlandır

Doğulan uşaqların 53 faizi oğlandır
Dövlət Statistika Komitəsi demoqrafik hesabat yayıb.

7 aylıq hesabatda qeyd olunur ki, 2018-ci il avqustun 1-nə Azərbaycan əhalisinin sayı 9 milyon 943 min 226 nəfərə çatıb. İlin əvvəlindən 45141 nəfər artım olub.

Əhalinin 49,9 faizi kişilər, 50,1 faizi qadınlardır, hər 1000 kişiyə 1005 qadın düşür.

Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri yanvar-iyul aylarında 78673 doğulmuş körpə qeydə alıb. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi qız uşaqlarıdır.

7 ayda ölkədə 34812 ölüm halı, 33009 nikah və 8538 boşanma rəsmiləşib.

Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti daimi yaşamaq üçün 2109 nəfər gələn, 829 nəfər gedən qeydə alıb.