22:22, 12 Sentyabr 2018 (Çərşənbə) 142

Əfqanıstan ABŞ-la imzalanmış təhlükəsizlik müqaviləsini dəyişdirəcək

Əfqanıstan ABŞ-la imzalanmış təhlükəsizlik müqaviləsini dəyişdirəcək


/ DÜNYA
Əfqanıstan parlamenti ABŞ-la imzalanmış təhlükəsizlik müqaviləsinin dəyişdirilməsi barədə qərar qəbul edib.
 
"RİA Novosti”-nin verdiyi xəbərə görə, müqavilənin şərtlərinə görə, ABŞ öz ordu birləşmələrini 2014-cü ildən sonra Əfqanıstan ərazisində saxlamaq, habelə öz hərbi bazalarını yaratmaq hüququna malikdir.

Lakin ötən gün Əfqanıstanın şərqində keçirilən etiraz aksiyasında 68 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra qanunverici orqanın aşağı palatası sözügedən müqavilənin gözlənilən nəticəni vermədiyini əsas gətirərək dəyişdirilməsi üçün parlament komissiyasına müraciət edib.