12:14, 10 Avqust 2018 (Cümə) 483

Əhmədinejad Ruhanini istefaya çağırıb

Əhmədinejad Ruhanini istefaya çağırıb
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad ölkənin hazırki dövlət başçısı Həsən Ruhanini istefa verməyə çağırıb.

"Xalqın dövlətə etimadı praktiki olaraq heçə endirilib", deyə siyasətçi Telegram sosial şəbəkəsində videomüraciətində bildirib.

Əhmədinejad əlavə edib ki, İran iqtisadiyyatı kollaps həddindədir. Onun fikrincə, Ruhani və komandasının hakimiyyətdə qalmağa davam etməsi ölkəyə ziyan vuracaq.

"Xalqı sakitləşdirməyin yeganə yolu istefa verməkdir", deyə Əhmədinejad bildirib.

Bir neçə həftədir İran ərazisində milli valyutanın - rialın məzənnəsinin kəskin şəkildə düşməsindən və idxal malların bahalaşmasından narazı olan əhalinin etirazları davam edir.

Avropa İttifaqının Vaşinqtonun sanksiyaların bloklamaq bəyanatına baxmayaraq, gözlənilən Amerika sanksiyaları fonunda xarici kapital İrandan qaçır.