Siyasət

Əli Kərimlinin müşavirinə daha 6 ay həbs istənildi

8 Yanvar, 2019
1282
2015-ci ilin sentyabrından həbsdə olan AXCP sədrinin müşaviri Məmməd İbrahimə prokuror daha 6 ay 2 gün həbs cəzası istəyib. Yanvarın 8-də Suraxanı Rayon Məhkəməsində çıxış edən prokuror deyib ki, cəzaçəkmə müəssisəsində yatağından bıçaq tiyəsi tapılmasına görə CM-nin 317-1.2 maddəsi ilə ona verilmiş ittiham üzrə 6 ay cəza tələb olunur. İki gün isə onun əvvəlki cəzasından qalan günlərdir.

Prokurorun çıxışından öncə məhkəmədə Heydər İsgəndərov adlı hal şahidi dindirilib. O, vaxtilə 16 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılıb. M.İbrahimin işi üzrə hal şahidliyindən az sonra məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb. Məhkəmədə deyib ki, M.İbrahimin yatdığı döşəkdən bıçaq tiyəsi çıxdığını görüb. Amma əşyanın məhz ona məxsus olub-olmadığını bilmir.

M.İbrahim keçmiş məhkum yoldaşı olan şahidə sual verməkdən imtina edib: «Mən ona sual verərdim. Amma o da birdən həqiqəti açıb desə, idarəyə aparılıb protokola imza atmağa məcbur edildiyini, hal şahidliyinə görə məntəqə tipliyə köçürüldüyünü danışsa, necə olacaq? Əlbəttə ki, onu yenidən həbsə qaytararlar. Mən isə onun həbsə qaytarılmasını istəmirəm».

M.İbrahimin vəkilləri də çıxış ediblər. Deyiblər ki, ittihamın əsassız olması elə cinayət işinin materiallarında olan sənədlərin uyğunsuzluğundan da görünür. Vəkillər bildirib ki, sənədlərdəki tarixlər, nömrələr onların əvvəlcədən hazırlanıb saxlandığını göstərir.

«Cəzaçəkmə müəssisəsindən Məmməd İbrahim haqqında verilən xasiyyətnamədə onun Əli Kərimlinin müşaviri olması vurğulanıb. Onun dindar, vəhhabiliyə meylli olması, hökumət əleyhinə təbliğat aparması qeyd olunub. Bütün bunlar göstərir ki, Məmməd İbrahimə qarşı baş verənlər onun siyasi mənsubiyyəti, tənqidi fikirlərinə görədir. Bu səbəbdən onu azadlığa buraxmaq istəmirlər. Ona görə də «döşəkdən bıçaq tapılması» əməliyyatı quraşdırılıb. Döşəyi Məmməd İbrahim hazırlamayıb, inventardır. Hətta iddia olunduğu kimi, bıçaq tiyəsi oradan tapılıbsa belə, necə sübut etmək olar ki, onu ora Məmməd İbrahim qoyub?», – vəkillər çıxışında belə deyib.

Müdafiəçilər çıxışlarının sonunda ittihamın saxta olduğunu vurğulayaraq, M.İbrahimə bəraət verilməsini istəyiblər.

Yanvarın 10-da M.İbrahim son sözünü deyəcək, ardınca hökm elan ediləcək.

M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub. M.Quliyevə fiziki güc tətbiq etməkdə suçlanan M.İbrahimə CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət veriblər ki, insident zamanı M.İbrahim onları da vurub. Bundan sonra ona verilən ittiham xuliqanlıq maddəsi üzrə daha da ağırlaşdırılıb. O, 3 il azadlıqdan məhrum edilib.

Həmin cəza sentyabrın 29-da başa çatıb. AXCP Rəyasət Heyətinin üzvünün cəzası başa çatan ərəfədə yeni cinayət işi açılıb. Yeni ittihama görə, həbsdəki siyasətçinin yatağından kəsici alət tapılıb. Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

M.İbrahimin ittiham olunduğu 317-1.2 (həbsdə saxlanan şəxsin qadağan olunmuş əşyaları hazırlaması, saxlaması, gəzdirməsi, daşıması və ya istifadəsi) maddəsində 6 aya qədər həbs cəzası nəzərdə tutulub.

M.İbrahim ittihamı rədd edir və bıçaq tiyəsinin onun yatağına həbsdən çıxmasının qarşısını almaq məqsədilə müəssisənin əməkdaşları tərəfindən atıldığını bildirir.

Penitensiar Xidmət isə M.İbrahimin bu barədə söylədiklərini əsassız sayır.

Azadlıq Radiosu

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo