Siyasət

Elmar Məmmədyarov Polşada Xalq Cümhuriyyəti aid lövhənin açılışı mərasimində iştirak edib

17 Aprel, 2019
854
Polşa Respublikasına rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov 1920-ci ildə Polşa Respublikası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tanınmasına həsr edilmiş xatirə lövhəsinin açılışı mərasimində iştirak edib.
 
Tədbirdə, həmçinin Polşa Respublikasının xarici işlər naziri Yaçek Çaputoviç də iştirak edib.

Bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti məlumat yayıb.

Mərasimdə çıxış edən nazir Elmar Məmmədyarov Azərbaycan və Polşa arasında tarixi əlaqələrin mövcud olduğunu qeyd edərək Azərbaycanın Polşadakı səfirliyinin araşdırmaları nəticəsində Polşa arxivlərindən iki ölkə arasındakı münasibətlərə həsr olunmuş maraqlı sənədlərin üzə çıxdığını bildirib. Bu xüsusda, nazir Elmar Məmmədyarov 1920-ci ilin 13 fevral tarixində Polşa xarici işlər naziri Stanislav Patekin Azərbaycan Hökumətinə teleqram ünvanlayaraq Polşanın Azərbaycan Xalq Cümhuriyyətini de-fakto tanıdığını diqqətə çatdırıb. Həmçinin, 1918-ci ildə Polşa diplomatı Vaslav Ostrovskinin Polşanın Azərbaycandakı diplomatik nümayəndəsi təyin olunduğu qeyd edilib. Nazir Elmar Məmmədyarov 100 il bundan öncə Polşa diplomatlarının Azərbaycan üçün göstərdiyi fəaliyyəti yüksək dəyərləndirərək, iki ölkə arasındakı bağların bugün də güclü olduğunu və tərəflər arasında strateji əlaqələrin mövcudluğunu qeyd edib.

Öz növbəsində, Polşa xarici işlər naziri Yaçek Çaputoviç iki ölkə arasında münasibətlərin tarixi əhəmiyyətinə həsr edilmiş xatirə lövhəsinin açılışını yüksək qiymətləndirdi. Polşanın 100 il bundan öncə dövlətlərin suverenliyinin dəstəklənməsi istiqamətində fəal iş apardığını və bu siyasətin bugün də davam etdirildiyini qeyd edib. Polşalı mütəxəssislərin 20-ci əsr ərzində Azərbaycanın ictimai-siyasi həyatına verdiyi töhfəyə toxunan polşalı nazir Azərbaycanın neft hasilatı, Bakının arxitekturasının inkişafı və digər sahələri xüsusilə vurğulayıb.

Nazirlər Azərbaycan-Polşa münasibətlərinə dair ətraflı fikir mübadiləsini ikitərəfli görüşdə davam etdiriləcəyini vurğulayıblar.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo