11:04, 11 Sentyabr 2018 (Çərşənbə axşamı) 130

Ermənistanda seçki kampaniyası başlanıb

Ermənistanda seçki kampaniyası başlanıb


/ DÜNYA
Sentyabrın 10-da Yerevanda bələdiyyə seçkisi kampaniyası başlanıb.

Kampaniyaya 12 siyasi partiya və alyans qoşulub.

Sentyabrın 23-də bu ölkədə hakimiyyət dəyişikliyindən sonra ilk böyük seçki keçiriləcək.

Nikol Paşinyan antihökumət etirazları nəticəsində mayda baş nazir postuna seçildi.

Seçicilər Ağsaqqallar Şurasının 65 üzvünü proporsional sistem üzrə seçəcəklər. Şura daha sonra Yerevanın yeni merini seçəcək.

Ötən həftə parlament konkret bir namizədə, partiya, yaxud proqrama səs vermək üçün adamlara nağd pul, yaxud digər şirnikləndirici vədlər təklif edənlər üçün cəzanı sərtləşdirib.

Keçmiş hakim Ermənistan Respublikaçı Partiyası seçkiyə getmir.