Dünya

Fransa silahlını axtarır

13 Dekabr, 2018
1226
Fransada yüzlərlə təhlükəsizlik işçisi Strasburqda Milad bazarına hücum etmiş şəxsi axtarır. 29 yaşlı şübhəlinin atəş açan zaman ərəbcə "Allah böyükdür” qışqırdığı bildirilir.

Prokuror Remi Heitz dekabrın 12-də deyib ki, antiteror polisi hədəfin necə davrandığını, profilini, onun "Allahü Əkbər” qışqırdığını eşidənlərin ifadələrini nəzərə alaraq hərəkətə keçib.

Hadisə zamanı iki nəfər öldürülüb, üçüncünün beyni sıradan çıxıb, 12 nəfər isə xəsarət alıb.

İnsident dekabrın 11-də axşam Almaniya ilə sərhəd yaxınlığında baş verib.

Yerli polis şübhəlinin Cherif Chekatt olduğunu, "təhlükəli” sayıldığını bildirir.

Baş nazir Edouard Philippe antiterror nəzarətinə əlavə olaraq 1800 əsgərin cəlb olunacağını bildirib. Əsgərlərin çoxu Mİlad bazarlarına yerləşdirilir.

Almaniyada təhlükəsizlik mənbəyinin "Reuters”ə deməsinə görə, şübhəli 2016-cı ilin avqustundan 2017-ci ilin fevralınadək Almaniyanın cənubunda həbsdə olub, oğurluqda ittiham olunub. 27 ay həbs cəzası çəkəndən sonra Fransaya deportasiya olunub.

Daxili İşlər Nazirliyinin aparıcı rəsmisinin bildirməsinə görə, hakimiyyət Chekatt-ın həbsxanada radikallaşdığına inanır. O, 2015-ci ilin sonundan Fransa kəşfiyyatının nəzarətində olub.

2015-ci ildə Fransada islamçı yaraqlılar bir neçə hücum törədiblər. Bundan sonra ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Azadlıq Radiosu

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo