Siyasət

Fuad Qəhrəmanlının azyaşlı qızı fiziki təzyiqə məruz qalıb

18 Aprel, 2019
1032
Zümrüd Yağmur: "Tural Qarayev Sanayı aprelin 16-dan izləyirmiş"

Aprelin 17-də YAP-ın Suraxanı rayon təşkilatının üzvü Tural Qarayevin AXCP sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı Sanay Yağmura hücum etdiyi bildirilir.

Sanay Yağmurun sosial şəbəkələrdə yaydığı məlumata görə, Tural Qarayev onu təhqir edib və ona qarşı fiziki güc işlədib.

Zərərçəkənin anası, yazıçı Zümrüd Yağmurun Meydan TV-yə verdiyi məlumata görə, hazırda Sanay Yağmur Yasamal Rayon Polis İdarəsinin 28-ci bölməsində izahat verir.

Zümrüd Yağmurun sözlərinə görə, Tural Qarayevin özbaşınalığı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət hazırlayıb, eyni zamanda vəkillə məsləhətləşmələr aparır.

Anası deyir ki, Tural Qarayev qızı Sanay Yağmuru aprelin 16-da da izləyirmiş:

"Dünən Tural Qarayev Sanayı dərsdən çıxanda izləyirmiş, sonra uşaq dükanların birinə girib onu itirmək istəyib. Amma bir az sonra dükandan çıxıb yolu keçərkən boz rəngdə avtomobil onun qarşısında dayanıb, yaxşı ki, Sanay tez ordan uzaqlaşıb. Doğrusu, intihar edən 8-ci sinif şagirdi Elina Hacıyeva ilə bağlı paylaşımı üzündən Sanaya təhdid vardı, amma bu dərəcədə olacağına inanmırdım. Aprelin 16-da Sanayın izlənməsini də ictimailəşdirmədim, çünki bu həddə davam edəcəyi ağlıma gəlməzdi”.

Z.Yağmur bildirib ki, bugünkü hadisə metronun "Elmlər Akademiyası” tərəfdə, saat 17 radələrində olub. Həmin vaxt yeniyetmə ingilis dili kursundan çıxıb, yanında rəfiqəsi olub, səkini keçəndə Tural Qarayev hücum edib, əvvəlcə söyüb, sonra vurub:

"Tural Qarayev uşağa hədə-qorxu gələrkən prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adını çəkib, onlardan üzr istəməsini tələb edirdi. Tural Qarayev eyni zamanda Elina Hacıyevanın adını çəkib uşağı hədələyib ki, niyə "event” təşkil edibsiniz?!”

Zümrüd Yağmur media vasitəsilə ölkə prezidentinə və xanımına müraciət edib:

"Əgər ölkə başçısı və onun xanımının adı çəkilərək küçədə 14 yaşlı uşaqlar döyülürsə, deməli, nələrisə doğru etmirsiniz ki, belə özbaşınalıqlar olur. Bir məqamı da xatırladım, Bakı Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov Qiyas İbrahimlə görüşəndə ona xəbərdarlıq etmişdi ki, Heydər Əliyevə qarşı sərt paylaşımlar etsən, hakimiyyətin fanatikləri sizi küçədə döyəndə, biz müdaxilə edə bilməyəcəyik. Nə baş verir, deməli, trolları küçələrə çıxarırlar?”

Tural Qarayev hərəkəti ilə bağlı heç bir açıqlama vermir. O, sosial şəbəkədə əleyhinə yazanları "Qərbin maşaları” adlandırıb, özünü vətənpərvər, "dövlətçilik naminə ölümə də hazır” şəxs kimi təqdim edib.

Tanıyanlar isə Tural Qarayevin əqli qüsurlu olduğunu iddia edirlər.
 
Meydan.tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo