11:01, 18 Mart 2019 (Bazar ertəsi) 254

Hər 1000 kişiyə 1003 qadın düşür

Hər 1000 kişiyə 1003 qadın düşür
2019-cu il fevralın 1-nə Azərbaycan əhalisinin sayı 9 milyon 988 min 437 nəfərə çatıb. 

Dövlət Statistika Komitəsi bildirir ki, ilin əvvəlindən 6980 nəfər və ya 0,1 faiz artım qeydə alınıb.

Əhalinin 49,9 faizi kişilər, 50,1 faizi qadınlardır, hər 1000 kişiyə 1003 qadın düşür.

Yanvar ayında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri 12369 doğulan körpə qeydə alıb, 5432 ölüm halı, 4422 nikah, 1428 boşanma rəsmiləşib.

Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları daimi yaşamaq üçün Azərbaycana 141 nəfər gələn, Azərbaycandan 98 nəfər gedən qeydə alıb.