20:09, 03 Dekabr 2018 (Bazar ertəsi) 123

İlham Əliyev CISCO şirkətinin nümayəndə heyəti ilə görüşüb

İlham Əliyev CISCO şirkətinin nümayəndə heyəti ilə görüşüb
Prezident İlham Əliyev dekabrın 3-də CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Guy Dietrich-in rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Azadlıq Radiosu"-nun məlumatına görə, dövlət başçısı CISCO şirkətinin uzun illər Azərbaycan hökuməti ilə uğurlu əməkdaşlıq etdiyini bildirib.

İlham Əliyev adıçəkilən şirkətin Azərbaycanda nəqliyyat sahəsində həyata keçirdiyi layihələrə toxunaraq bu sahənin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.

Prezident digər sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirib.

Guy Dietrich Azərbaycana səfərində məqsədinin əməkdaşlığın perspektivlərini müzakirə etmək olduğunu söyləyib.

Vitse-prezident bu əməkdaşlığın "Azərbaycan 2020: Gələcəyə Baxiş” İnkişaf Konsepsiyasına uyğun şəkildə həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

XXIV "Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisinin əhəmiyyətinə toxunan Guy Dietrich bu tədbirin beynəlxalq əməkdaşlığın möhkəmləndirlməsi işinə töhfə verdiyini qeyd edib.