Sosial

İmtahanlarla bağlı dəyişikliklər birmənalı qarşılanmadı - ŞƏRH

11 Oktyabr, 2018
2141
Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyinin birgə hazırladığı ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modeli açıqlanıb.

Yeni modelin 2019-cu ildə tətbiqi nəzərdə tutulur.

Əvvəllər ali məktəblərə qəbul imtahanında maksimum bal 700 bal idi. Buraxılış imtahanlarında toplanan bal isə qəbul imtahanına təsir etmirdi. 2019-cu ildə isə bu 700 bal iki hissəyə bölünəcək. Belə ki, XI siniflər verəcəkləri buraxılış imtahanında 0-300 arası bal toplamalıdır (əvvəlki ilin məzunları eyni modeldə V qrupda imtahan verəcək), ondan sonra seçdikləri ixtisas qrupu üzrə 0-400 bal arası toplamaq üçün imtahan verəcəklər. Yekunda hər iki mərhələdə əldə edilmiş ballar toplanacaq və yekun bal olaraq ali və orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi etmək üçün yekun bal olacaq.

Yeni modelə görə, 9 illik təhsil bazasında buraxılış imtahanları 2 mərhələdə keçiriləcək. 

Bəs yeni modelin qəbulunun nə kimi əsası var?

Bu, şagirdlərə  necə təsir göstərəcək?

"İndiki zamanın və reallığın tələbinə uyğun olaraq cəmiyyətin hər bir üzvünün mütləq az da olsa, xarici dil biliyi olmalıdır"

Milli Məclisin elm və təhsil məsələləri üzrə komitə üzvü, deputat Sona Əliyeva Toplum.tv-yə bildirib ki, yeni tipli qiymətləndirmə vasitələrinin əlavə edilməsini müsbət hal kimi qiymətləndirir. 
 

Deputatın sözlərinə görə, 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarına yeni fənnin- xarici dilin əlavə olunmasının nəzərə alınması mühüm və vacib məsələdir: "Çünki indiki zamanın və reallığın tələbinə uyğun olaraq cəmiyyətin hər bir üzvünün mütləq az da olsa xarici dil biliyi olmalıdır. Həmçinin nəzərə alsaq, 9-cu sinif buraxılış imtahanları eyni zamanda orta ixtisas məktəblərinə qəbul üçün də keçərlidir. Bu da şagirdləri iki dəfə imtahan vermə stressindən uzaq edir. Əlbəttə ki, bu proses həm də şagirdlərin üzərinə məsuliyyət qoyur. Çünki  9-cu sinif şagirdləri əgər orta ixtisas məktəblərinə qəbul olunmağı və ya buraxılış imtahanlarını müvəfəqiyyətlə bitirmək istəyirlərsə, müsbət qiymətlər almalıdırlar. Bu baxımdan bu yeniliyi müsbət addım kimi qiymətləndirirəm".

Deputat deyir ki, 9-cu siniflər üzrə buraxılış imtahanının iki mərhələdə aparılmasının da müsbət cəhətləri vardır: "Ona görə ki, biz birinci mərhələdə yeni tipli qiymətləndirmə vasitələrindən istifadə olunmasının şahidiyik. Yeni tipli qiymətləndirmə vasitələrinin həm hazırlanması, həm yoxlanılması, yəni qiymətləndirilməsi prosesi individualdır. Yeni tipli qiymətləndirmə vasitələrinin yoxlanılması prosesi  qapalı test tapşırıqlarının yoxlanılması prosesindən fərqlənir. Çünki bu qiymətləndirmə vasitələri mütləq müəllimlər tərəfindən qiymətləndirilir. Təbii ki, burada müəllimlər də bu qiymətləndirmə prosesinə individual yanaşmalıdır. Həmçinin ikinci mərhələdə  qapalı testlərdən istifadə olunması şagirdlərə əvvəldən imkan yaradır ki, onlar öz bilik və bacarıqlarının qiymətləndirilməsində ədalətli nəticəyə nail olsunlar. Bu baxımdan qapalı test tapşırıqlarından da istifadə olunması əlavə bir güzəştdir".

Sona Əliyeva düşünür ki, gələcəkdə buraxılış imtahanlarında və həm də universitetlərə qəbul imtahanlarında yeni tipli qiymətləndirmə vasitələrindən istifadə olunması mərhələlər şəklində baş verməlidir: "Dövlət İmtahan Mərkəzi də bu keçidi həqiqətən də  mərhələli və düşünülmüş şəkildə ortaya qoya bilir. Düşünürəm, bu, ciddi və  müsbət addım olmaqla yanaşı, əlbəttə ki, sonda abituriyentlərin müdafiəsinə və mənafeyinə doğru yönəlmiş bir addımdır".

Deputat ali məktəblərə qəbul imtahanı verən IV qrup abituriyentlərin üzərinə daha çox məsuliyyət düşəcəyini vurğulayıb: "Bir nüansı qeyd edim ki, I,II və III qruplar universitetlərə qəbul imtahanı verərkən riyaziyyat, Azərbaycan dili, xarici dil fənlərindən öncədən də  imtahan verirdilər. Hazırda buraxılış imtahanlarının nəticələrinin də nəzərə alınması bu üç qrup üçün elə də ağırlıq yaratmır. Lakin IV qrup abituriyentlərinin üzərinə digər qruplara nisbətən daha çox məsuliyyət düşür. Əvvəllər IV qrup abituriyentləri cəmi 5 fəndən imtahan versələr də, hazırda ümumilikdə 6 fəndən imtahan vermiş olacaqlar. Artıq buraxılış imtahanında xarici dilin də nəzərə alınması  IV qrup abituriyentləri üçün daha çox məsuliyyət deməkdir. Ancaq instənilən halda xarici dilin buraxılış imtahanlarına salınmasının tərəfdarıyam. Həmçinin, buraxılış imtahanlarının nəticələrinin universitetlərə qəbul imtahanının nəticələri ilə birgə nəzərə alınması şagirdlərimizin daha məsuliyyətlə təhsilə ciddi yanaşmalarına səbəb olacaq deyə düşünürəm".

Deputatın sözlərinə görə, gələcəkdə bəzi inkişaf etmiş xarici ölkələrdə olduğu kimi vahid imtahanın tətbiqi abituriyentlər və valideynlər üçün daha əlverişli ola bilər: "İstərdim ki, buraxılış imtahanı  və qəbul imtahanı birləşdirilsin. Bir ümumi imtahan nəticəsində abituriyentlərin ali məktəblərə  qəbulu həyata keçirilsin. Bu, abituriyentlər üçün həm mənəvi, həm də fiziki cəhətdən yararlı ola bilər. Çünki imtahanlar boyunca abituriyentlər, eyni zamanda valideynlər mənəvi çətinlik yaşayırlar. İstənilən halda DİM-nin fəaliyyətini hər zaman dəstəkləyirəm, göstərdiyi şəffaflığı və yenilikləri, ümumilikdə Azərbaycan təhsilinin inkişafını qiymətləndirilməsi prosesini alqışlayıram".

"2019-cu ildən tətbiq olunacaq yenilik repetitorluğa ciddi şəkildə zərbə vuracaq"

Təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, qəbul imtahanlarının yeni formatda keçirilməsi zəruridir: "Xatırladım ki, 2008-ci ildən başlayaraq, respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir. Buna görə qəbul imtahanlarının yeni formatda keçirilməsi zəruri idi. Lakin 2017-ci ildə məhz ilk dəfə kurikulumla təhsil almağa başlayanların IX sinifdə buraxılış imtahanları keçirildi və ortaya heç də xoş olmayan nəticə çıxdı. Məlum oldu ki, 2019-cu ildə 5-6 fəndən qəbul imtahan verəcək şagirdlər 2017-ci ildə 2 fəndən verdikləri buraxılış imtahanları nəticəsinə görə kurikulumu demək olar ki, anlamayıblar, mənimsəməyiblər".
 

Ekspert bildirir ki,  2019-cu ildə qruplara daxil olan fənlər üzrə bal paylanma əmsalının hələ də açıqlanmaması ciddi narahatlıq doğurur: "Doğrudur, 2019-cu ildən etibarən buraxılış imtahanlarında toplanılan balın qəbul imtahanına birbaşa təsir etməsi buraxılış imtahanlarının əhəmiyyətini artırır. Ancaq hələ də buraxılış imtahanı və qəbul imtahanının keçid balının müəyyən olunmaması narahatlıq yaradır. Bundan başqa, 7 ay sonra qəbul imtahanı tamamilə yeni formatda keçiriləcək, amma hələ də qəbul aparılacaq fənlər üzrə proqramlar yoxdur. Ədəbiyyat siyahısı yoxdur. İki ildir IX siniflər üzrə keçrilən buraxılış imtahanları zamanı müəyyən sayda yoxlayıcı markerin səhvə yol verməsi səbəbindən yüzlərlə şagirdin biliyi düzgün qiymətləndirilməmişdi. Bu hal hər il təkrarlanır. Çünki buna qədər nəticələr proqram təminatı tətbiq edilməklə yoxlanılırdısa, bundan sonra azı hər fəndən 3, ümumilikdə qəbul imtahanında 9, amma buraxılış imtahanında azı 15 test tapşırığı insan faktoru tətbiq edilməklə - marker vasitəsi ilə yoxlanılacaq".

Kamran Əsədov qeyd edir ki, insan faktorunun olduğu yoxlama prosesində müəyyən nöqsanların, səhvlərın baş verməsi təbiidir: "Danılmaz faktdır ki, respublikada qiymətləndirmə sahəsində yeni yanaşmaya ehtiyac yaranıb. Bunun üçün dünya təcrübəsindən, konkret olaraq İELTS və SAT imtahanlarının nümunəsindən istifadə etmək lazımdır. Bu həm şagird biliyinin müasir standartlara uyğun qiymətləndirilməsinə imkan yaradacaq, həm də valideyinlərin əlavə xərc çəkərək repetitorlara müraciət etməməsi ilə nəticələnəcək". 

Ekspert çatışmazlıqlardan da danışıb: "Dövlət İmtahan Mərkəzi yeni qaydaları müəyyən etsə də, hələ bütün qəbul qrupları üzrə imtahan iştirakçısına təqdim ediləcək situasiya tipli test tapşırıqlarını müəyyən etməyib. Bundan başqa, Azərbaycan dili və ingilis dili fənni üzrə qəbul imtahanlarında 5-ci qrupun mətn üzrə standartları müəyyənləşməyib. XI siniflər üzrə kurikulum standartları əsasında tərtib edilmiş sinif testləri, test banklar çap olunmayıb. Digər bir çatışmazlıq ondan ibarətdir ki, təhsil islahatlarına görə bizim yaddaş məktəbindən təfəkkür məktəbinə keçməyimiz tələb olunsa da, təqdim edilmiş imtahan modeli hələ də yaddaş məktəbi üzərində qurulub və kimin yaddaşı güclüdürsə, onun yaxşı nəticə əldə etməsi ilə nəticələnəcək".

Kamran Əsədov ali məktəblərə qəbul prosesindəki yeni qiymətləndirmə prosesi ilə bağlı qeyd edib ki, bu, buraxılış imtahanlarına münasibəti dəyişəcək: "Şagirdlər buraxılış imtahanına daha ciddi hazırlaşacaq ki, bu mərhələdə əldə edəcəkləri nəticə onlara qəbul imtahanında ciddi şəkildə kömək etsin. Hesab edirəm ki, 2019-cu ildən tətbiq olunacaq yenilik repetitorluğa ciddi şəkildə zərbə vuracaq və orta məktəblərin nüfuzunu qaldıracaq. Çünki məktəb buraxılış imtahanının nəticəsinin yaxşılaşdırılmasında maraqlı olacaq".

Ekspertin sözlərinə görə DİM tərəfindən ali məktəblərə qəbul imtahanları zamanı biliyin qiymətləndirilməsinin ayrı-ayrı fənlər üzrə aparılması repetitorluğu daha da gücləndirən amillərdən olsa da, indi mənzərə dəyişəcək.

Kamran Əsədov ciddi problemlərdən birinin  xarici dil fənni ilə bağlı olduğunu vurğulayıb: "2019-cu ildə keçiriləcək IX və XI siniflər üzrə ən ciddi problem xarici dil fənnindən olacaq. Çünki indiyə qədər orta məktəblərdə dinləmə mətni tətbiq edilməyib. Amma DİM Dinləmə mətninə dair (publisistik və ya dialoq), 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq) imtahan iştirakçılarına təqdim edəcək. Bu, ciddi problem yaradacaq. Orta məktəblərdə bu qurğu yoxdur, şagirdlərdə bu bilik və bacarıqları yoxdur və öyrədilməyib. Amma indi bundan bacarıqlar yoxlanılacaq. DİM – in dinləmə bacarığının yoxlanma formatını əks etdirən test tapşırığı nümunəsi yoxdur. Təhsil Nazirliyinin dinləmə resurları da yoxdur. Bütün məktəblər linqafon aparatı ilə təmin olunmayıb".

Digər ekspert Nabatəli Qulamoğlunun sözlərinə görə  9- cu siniflərdə iki mərhələdə imtahan keçirilməsi şagirdlər üçün psixoloji işgəncədir. 
 

Ekspert güman edir ki, ilboyu nümunələr veriləcək və onlara uyğun hazırlıqlar davam edəcək.

Samirə Əliyeva
Toplum Tv


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo