17:59, 09 Noyabr 2018 (Cümə) 186

İnanclı məhbus aclıq aksiyasına başlayacağın deyir

İnanclı məhbus aclıq aksiyasına başlayacağın deyir
13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, inanclı Xalid Kazımovun səhhətində ciddi problemlər yaranıb.

"Cenubpress” internet qəzeti Xalid Kazımovun yaxınlarına istinadən yazıb ki, onun sol gözü tutulmaq üzrədir.

"Ciddi baş ağrılarından yata bilmir. Müayinə olunduqdan sonra "Hepatit C” daşıyıcısı olduğu bildirilsə də, heç bir dərman preparatı verilmir. Həbsinin üçdə bir hissəsi nümunəvi dustaq kimi çəkən, heç bir nöqsanı olmayan inanclı Xalid Kazımov niyə bu ağır xəstəliklə azadlıqa buraxılmır?”- yaxınları deyib.

Xalid Kazımov hüquqlarının bərpa edilməməsi təqdirdə noyabrın 20-dən aclıq aksiyasına başlayacağını bildirib.

"Bundan sonra başıma gələcək hər hansı hadisə və şərləmə olarsa, bilin ki, günahım yoxdur, hüquqlarımı tələb etdiyimə görədir”, - Xalid Kazımov yaxınlarına deyib.

Xalid Kazımov 2012-ci il sentyabrında Masallı rayonunda həbs olunub. O, beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.