Dünya

İnsan İnkişafı İndeksində ölkələrin sıralanması

17 Sentyabr, 2018
3759
BMT İnsan İnkişafı İndeksi-ni açıqlayıb. 

189 ölkəni əhatə edən hesabat orta ömür uzunluğu, təhsil müddəti, adambaşına ümumi daxil məhsul, sosial müdafiə, sağlamlıq, mədəni inkişaf, gender bərabərliyi, cinayətkarlığın səviyyəsi, ətraf mühitin qorunması, əhalinin qərarların qəbulunda iştirakı göstəricilərinə əsaslanır.

Reytinqə Norveç başçılıq edir. 2-ci pillədə İsveçrə, 3-cü yerdə Avstraliya qərar tutub.

İlk onluqda İrlandiya, Almaniya, İslandiya, Honkonq, İsveç, Sinqapur və Niderland da yer alır.

İnsan İnkişafı İndeksində ABŞ 13-cü, Yaponiya 19-cu, İsrail və Cənubi Koreya 22-ci, Fransa 24-cü, İspaniya 26-cı, İtaliya 28-cidir.

Estoniya 30-cu, Litva 35-ci, Latviya 41-ci, Rusiya 49-cu, Belarus 53-cü, Qazaxıstan 58-ci, İran 60-cı, Türkiyə 64-cü pillədədir.

Gürcüstan 70-ci, Azərbaycan 80-ci, Ermənistan 83-cü pillədə qərar tutur. Hesabata əsasən, Azərbaycanda orta ömür uzunluğu 71,1 yaş, adambaşına ümumi daxil məhsul 15 min 600 dollardır.

Ukrayna 88-ci, Özbəkistan 105-ci, Türkmənistan 108-ci, Moldova 112-ci, Qırğızıstan 122-ci, Tacikistan 127-ci yerdə göstərilir.

Siyahını Yəmən, Eritreya və Mozambik tamamlayır.

Mənbə: Novator.az

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo