17:58, 14 Noyabr 2018 (Çərşənbə) 222

İsrailin müdafiə naziri istefa verib

İsrailin müdafiə naziri istefa verib
İsrailin müdafiə naziri Aviqdor Lieberman istefa verib. O, hökumətin Qəzzə zolağında fələstinli yaraqlılarla ikigünlük toqquşmalara son qoyan atəşkəsi qəbul etməsinə etiraz edib.

Bu addımı "terrora boyun əymək” adlandıran Lieberman noyabrın 14-də deyib ki, millətçi Yisrael Beiteinu partiyası Benjamin Netanyahu-nun koalisiyasını tərk edir. Beləliklə də baş nazir parlamentdə cüzi üstünlüyünü saxlamış olur.

Noyabrın 11-də İsrailin xüsusi qüvvələrinin Qəzzədə gizli əməliyyat apardığı üzə çıxandan zorakılıqlar başlanıb. Yeddi fələstinli yaraqlı, bir israilli əsgər öldürülüb. Yaraqlı qruplar İsrail tərəfə raketlər atıblar, İsrail qüvvələri Qəzzədəki hədəfləri bombalayıb.

Qəzzəni, Fələstindəki digər silahlı qrupları idarə edən Hamas noyabrın 13-də bildirib ki, Misirin vasitəçilik etdiyi atəşkəsi qəbul edir, İsrail əməl edərsə, o da edəcək.

Netanyahu da atəşkəs qərarını müdafiə edib, yaraqlıların "səbəbini bilərək atəşkəs üçün yalvardıqlarını” deyib.

Məlumatlara görə, noyabrın 14-də atəşkəsə əsasən əməl olunub.