18:43, 06 Fevral 2019 (Çərşənbə) 1257

"İstəyirəm bütün dünya bilsin ki, səhiyyəmiz nə gündədir..." - REPORTAJ

Zülfüqar Əhmədov hər səhər öz həyətində yetişdirdiyi gülləri satmaq üçün yola düşür. 

O həm ailəsinin, həm də qızı Aytacın müalicə xərclərini qarşılaya bilmək üçün iki işdə çalışmağa məcburdur.

Zülfüqar Əhmədov  "Koroğlu" metrostansiyasının qarşısında gül və qulaqlıq satmaqla pul qazanır.

Bakının Maştağa qəsəbəsində yaşayan ailənin övladı Aytac serebral iflic xəstəliyindən əziyyət çəkir.

12 yaşlı Aytac andangəlmə tutulduğu bu xəstəliyə görə yaşıdlarından geri qalır.

Ruhiyyə Niyazova deyir ki, Aytacı bir dəfə müalicə üçün Türkiyəyə göndəriblər, lakin bundan sonra dövlət tərəfindən heç bir yardım olunmayıb. 

Əhmədov ailəsinin evində qazın olmamağı da, onlar üçün bir ayrı problemdir.

Ruhiyyə Niyazova maye qaz balonundan istifadə edərək yeməkləri bişirir.

Zülfüqar Əhmədov evi odun yandıraraq qızdırır.

Evin soyuq olması ailə üzvlərinin, xüsusilə də uşaqların tez-tez xəstələnməyinə səbəb olur.

Bu da maddi vəziyyəti pis olan ailənin xərclərini daha da artırır.

Aytac böyüdükcə onun müalicə xərcləri daha da artır və ailənin maddi imkanları bunu qarşılamağa imkan vermir.

Zülfüqar Əhmədov bildirir ki, qızının müalicəsi üçün dəfələrlə müraciət etsə də, göndərdiyi ərizələr, məktublar cavabsız qalıb.

Hazırladı:
Nərgiz Absalamova
Sevinc Səfail
Emil Nəcəfli
Vüqar Mirzəbəy
Toplum.Tv