Siyasət

Jurnalistin nazirə ünvanladığı məktubları əngəlləyirlər

7 Noyabr, 2018
1156
16 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlının Ədliyyə naziri Fikrət Məmmədova ünvanladığı məktubları göndərməkdən imtina edir.

Bu barədə Ə.Muxtarlı noyabrın 7-də həyat yoldaşı Leyla Mustafayeva ilə telefon danışığı zamanı məlumat verib.

Ə.Muxtarlı bildirib ki, ədliyyə nazirinə yazdığı məktubun məzmunu ona övladları ilə skayp danışığına şərait yaradılması ilə bağlı olub: "Qanunvericilikdə məhbusların ailə üzvləri ilə skayp danışığı nəzərdə tutulmayıb, amma bu, qadağan da olunmayıb”.

L.Mustafayeva Arqument.Az-a deyib ki, 5 yaşlı qızı atası üçün darıxır və bu hal övladının psixoloji durumunu pisləşdirməyə başlayıb: "Nuray Əfqanla bu ilin fevralında yas mərasiminə buraxılanda danışa bilib. Artıq telefonla danışmaqdan yorulub, atasını görmək istəyir. Nuray bu ilin mart ayından psixoloji terapiyaya gedir”. 

"Əfqan yazdığı araşdırmalarına və vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhvələrə, tənqidi fikirlərinə görə Gürcüstandan oğurlanaraq həbs olunub. Ədliyyə Nazirliyi və həbsxana rəhbərliyi göndərilən məktubların qarşısının alınmasına aydınlıq gətirməli, siyasi məhbusların azyaşlı övladlarını sınağa çəkəcək səviyyəyə enməməlidir”, - deyə Mustafayeva bildirib.

Həbsxana rəhbərliyi Ə.Muxtarlının telefon zənglərinə məhdudiyyət qoyub. 

Artıq i il 5 aydır jurnalistin dostları ilə görüşməyinə icazə verilmir.

Oktyabrın 7-də cəzaçəkmə müəssisəsinin nəzarətçiləri Ə.Muxtarlını "kars”a salıb, daha sonra çılpaq yağışlı havada saxlayıblar.

Əfqan Muxtarlı 2017-ci ilin mayında  Azərbaycanda həbs olunub. 

Jurnalist Tiflisdə oğurlandığını, başına torba keçirildiyini, döyülərək işğəncəyə məruz qaldığını Azərbaycana zorla gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoylduğunu bildirib.

Prokurorluq isə jurnalisti güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhəddi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham edib.

Məhkəmə jurnalistə qarşı ittihamları sübuta yetirə bilməyib. Belə ki, müdafiə tərəfin vəkillərinin jurnalistin üzərindən çıxdığı iddia olunan 10 min avro üzərindəki əl - barmaq izlərinin yoxlanılması, sərhəd keçid məntəqəsinin müşahidə və təhlükəsizlik kameralarının videolent yazılarının əldə edilməsi, jurnalistin üzərindəki xəsarətlərin müayinəsi üçün tibbi ekspertizanın keçirilməsinə dair qaldırdığı vəsatətləri rədd edib. 

Muxtarlı 2018-ci il yanvar ayının 12-də Balakən Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Beynəlxalq hüquq müdafiə təşkilatı "Amnesty International" Əfqan Muxtarlını "vicdan məhbusu" kimi tanıyıb. 

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo