Siyasət

Kanada Azərbaycanın notasına cavab verib: Qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımırıq

16 Aprel, 2019
911
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kanada parlamentində Dağlıq Qarabağdakı erməni separatçı rejimi ilə dostluq qrupunun yaradılması barədə məlumata münasibət bildirib.  

Nazirliyin mətbuat katibi Leyla Abdullayeva deyib ki, dostluq qrupunun yaradılması ilə bağlı informasiya həqiqəti əks etdirmir.

"Bu yaxınlarda Kanadada fəaliyyət göstərən Milli Erməni Komitəsinin sosial şəbəkələrdəki hesablarında Kanada parlamentində "Artsax xalqının parlament dostları" adlı dostluq qrupunun yaradılması ilə bağlı məlumat paylaşılıb. Belə bir qrupun yaradılması barədə məlumat nə dərəcədə doğrudur? XİN tərəfindən bu xüsusda hansı tədbirlər görülüb" sualına Azərbaycan XİN-in rəsmisi belə cavab verib; "Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan istənilən fəaliyyət Xarici İşlər Nazirliyinin və ölkəmizin diplomatik nümayəndəliklərinin daima diqqət mərkəzindədir. Bu kimi fəaliyyətlər tərəfimizdən daim izlənilir və sözügedən fəaliyyətin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir".

 Məsələ ölkəmizin Kanadadakı səfirliyi, həmçinin Kanadanın ölkəmizdə məsul səfirliyi ilə Ankaradakı diplomatik nümayəndəliyimiz vasitəsilə araşdırılıb.

Kanadanın Xarici İşlər, Ticarət və İnkişaf Departamentindən daxil olan notada sözügedən parlament qrupunun dostluq qrupları siyahısında mövcud olmadığı qeyd olunub. Kanada tərəfi, ümumiyyətlə, dostluq qruplarına ölkə parlamentinin heç bir inzibati və ya maliyyə dəstəyi vermədiyi, bu qrupların bəyanat və fəaliyyətlərinin Kanada hökumətini təmsil etmədiyini bildirilib. 

Vurğulamaq istərdik ki, Kanadanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi dəyişilməzdir və bu barədə Kanada tərəfinin XİN-ə ünvanlandığı notada açıq şəkildə qeyd olunur. Belə ki, Kanada beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, qondarma "Dağlıq Qarabağ Respublikası" və ya onun rəsmilərini tanımadığını, habelə münaqişənin həlli üzrə ATƏT-in Minsk qrupunun səylərinə dəstək verdiyini notasında növbəti dəfə bəyan edib.

Bu hal bir daha onu göstərir ki, erməni tərəfinin, ilk növbədə, öz əhalisini aldatmağa yönəlmiş saxta xəbərlər kampaniyasından beynəlxalq ictimaiyyət artıq təngə gəlib".
 
Report.az

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo