15:01, 18 Mart 2019 (Bazar ertəsi) 324

Kəpəyin istehsalı və satışı vergidən azad olunur

Kəpəyin istehsalı və satışı vergidən azad olunur
Azərbaycanda kəpəyin istehsalı və satışı vergidən azad olunur.

"Report" xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə "kəpəyin istehsalı və satışı - 2019-cu il martın 1-dən 2 il müddətinə" sözləri əlavə olunub.

Dəyişiklik layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.