Sosial

Leyla Ucal: " Mənə dedilər ki, biz sizin bildiyinizdən artığını bilirik"

16 Aprel, 2019
1185
Kimya müəllimi Leyla Ucal iddia edir ki, iki il əvvəl Təhsil Nazirliyinə etdiyi şikayətlər araşdırılmayıb, ona deyiblər ki, "biz sizin bildiyinizdən artığını bilirik".

Məsələni ictimailəşdirdikdən sonra isə, dediyinə görə, Təhsil Nazirliyinin işçiləri ona "dolayı yollarla çatdırıblar ki, Facebook statusunu silsin".

Leyla Ucal deyir ki, şənbə günü 2017-ci ildə Mərdəkanda yerləşən Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində çalışdığı müddətdə üzləşdiyi problemləri ictimailəşdirib və bundan sonra onun statusu silməsi üçün "vasitəçilər" göndərilib.

"Mənim şikayətimin araşdırıldığına əmin deyiləm, mənə araşdırıldığı deyilməyib. İndi birbaşa olmasa da, dolayı yolla başqa insanlar mənə nazirliyin işçilərinin adından çatdırırlar ki, postu silməyimi istəyirlər", - o deyib.

Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov deyib ki, Leyla Ucal bu gün nazirliyə dəvət olunub və ona məsələləri birgə müzakirə etmək təklif edilib.

"Biz bütün vətəndaşların müraciətlərini ciddi dəyərləndiririk və bu məsələlərdə ictimai nəzarət funksiyasını alqışlayırıq. Leyla xanımla şəxsən danışmışam və bu gün onun internat məktəbində qeyd etdiyi bütün məsələləri birgə müzakirə edəcəyik",- Cəsarət Valehov söyləyib.

Cəsarət Valehov Leyla Ucalın 2017-ci ildə Təhsil Nazirliyinə etdiyi şikayətlərin və nəticələrinin də araşdırılacağını bildirib.

Leyla Ucal söyləyir ki, 2017-ci ildə təhsil nazirliyinin xətti ilə imtahanla sözügedən internat məktəbinə kimya müəllimi kimi qəbul edilib.

O deyir ki, ora işə düzəlməkdə məqsədi pul qazanmaq olmayıb və qeyd edib ki, "oradakı maaş hesablayanda heç 100 manat etmirdi".

"Ora uşaqlara görə gedirdim, həmişə istəmişəm ki, uşaq övladlığa götürüm, ona görə gedirdim ki, bu uşaqları tanıyım, onların psixologiyası ilə tanış olum. Orada elə vəziyyətdir ki, dözə bilmədim",- Leyla Ucal əlavə edib.

2017-ci ildə 2 nömrəli internat məktəbində 8-10-cu siniflərə 2 həftə müddətində kimya dərsi deyib, məktəbdə gördüyü hadisələrdən sonra isə oradan işdən çıxmaq məcburiyyətində qalıb.

Leyla Ucalın sözlərinə görə, "məktəbdə dərslər satılır və bununla da qəribə dərslər meydana çıxır".

"Kitabxanaçı xanım mənə dedi ki, direktor sənin dərslərini 500 manat alaraq keçən ilki kimya müəlliminə satıb. Sən gəldin deyə ona məcbur başqa iş verdilər. Mən satılmış dərsi onların əlindən almış olurdum",- Leyla Ucal söyləyib.

Leyla Ucal deyir ki, məktəb tarixində bir nəfər də universitetə daxil ola bilməyib və hesab edir ki, buna səbəb uşaqlara göstərilən rəftardır:

"Məktəbin direktoru və müəllimlər toplu şəkildə uşaqları təhqir edirlər. Uşaqları divara çırpan, qapazlayan, qızların saçını yolan müəllimlər görmək adi hal idi. Məktəbdə dərs keçən bir mən, bir də rus dili müəllimi var idi. Digər heç bir müəllim mən orda olan müddətdə dərs keçmədi".

Uşaqlara ömürlərində fizika izah edilməmişdi. Fizika müəllimi direktorun müavini idi. Uşaqlar deyirdi ki, bu adam öz dərslərinə ildə iki dəfə girir - ilin əvvəlində və sonunda".

Leyla Ucal söyləyir ki, məktəbin bir çox işçisi öz işindən kənar işləri görürdü. O deyir ki, "məktəbin psixoloqu əslində direktorun sürücüsü idi, məktəbdə təmizliyə riayət etməli olan xanımlar isə əslində direktorun evinə təmizliyə gedən xanımlar idi. Buna görə də hər müəllim öz otağını özü təmizləməli idi".

"Məktəbin psixoloqu, əməldə direktorun sürücüsü olan kəs tez-tez uşaqları dərsdən heç bir əsas olmadan çıxarıb fiziki iş görməyə aparırdı", - o əlavə edib.

Şikayətçi müəllim deyir ki, məktəbdə uşaqlara kitablar yalnız 45 dəqiqəlik verilirdi, dərs bitəndə isə toplanılırdı. Onun sözlərinə görə, bundan şikayət edəndə direktor müavini deyib ki, "bu uşaqlar vəhşidir, kitabları versək cıra bilərlər". Müəllim deyir ki, bu, uşaqları oxumaqdan "soyudub".

Leyla Ucal deyir ki, məktəbdə olan problemlər təlim-tərbiyə prosesi ilə məhdudlaşmırdı. Onun sözlərinə görə, "məktəbə gələn keyfiyyətli qidalar satışa aparılırdı, daşıma işini isə uşaqlar özləri görürdü". Pulun kimə çatdığını isə, nə o, nə də uşaqlar bilmirdi.

O deyir ki, məktəbin müəllimlərinin bu vəziyyətə niyə dözdüklərini soruşanda "direktorun icra hakimi ilə çox yaxın olduğu, yuxarılarda çoxlu dostlarının olduğu" cavabını alıb.

Leyla Ucal deyir ki, 2017-ci ilin sentyabr-oktyabr aylarında Təhsil Nazirliyinin həm qaynar xəttinə, həm də özünə yazılı müraciət edib. Təhsil Nazirliyində onu qəbul edən işçi onu sonadək dinləməyib və deyib ki, "biz sizin bildiyinizdən artığını bilirik".

"Mənə dedilər ki, sizin əlinizdə səs-video varmı. Mən yox deyəndə dedilər ki, sizə köməklik göstərə bilməyəcəyik. Dedilər ki, sizin yazılı müraciət etmə haqqınız var, amma köməklik göstərə bilməyəcəyik, buyurun, gedə bilərsiniz".
 
Bbc.com/Azərbaycan

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo