15:56, 13 Oktyabr 2018 (Şənbə) 198

Litvadan gəlmiş siyasi mühacir Kürdəxanıya aparıldı

Litvadan gəlmiş siyasi mühacir Kürdəxanıya aparıldı
Bakının Xətai rayon məhkəməsi oktyabrın 12-də Müsavat Partiyasının fəalı Azad Həsənovu həbs edib.

Bu barədə Turan-a onun vəkili Osman Kazımov bildirib.

Müdafiçisinin sözlərinə görə, Həsənovun həbs edildiyini ona Xətai rayon polis idarəsindən bildiriblər. İstintaq Bakı şəhər Baş Polis İdarəsində aparılır. Amma hələlik Həsənovun nədə ittiham edildiyi və hansı müddət üçün həbs edildiyi məlum deyil. Vəkilə yalnız bildiriblər ki, fəal Kürdəxanı İstintaq Təcridxanasına salınıb.

Azad Həsənov 2014-cü ildə Azərbaycana mühacirət edib və Litvadan siyasi sığınacaq alıb. Oktyabrın 11-i gecə o, atasının vəziyyətinin ağır olması ilə əlaqədar Bakıya gəlib və günorta artıq mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Yalnız bu gün hüquq-mühafizə orqanları rəsmi olaraq fəalın həbs edildiyini vəkilə təsdiq ediblər.

Fəal sosial şəbəkələrdə siyasi məhbusların təqibinə görə Azərbaycan hakimiyyətini fəal şəkildə tənqid etməsi ilə məşhurdur.