15:46, 06 Dekabr 2018 (Cümə axşamı) 102

Mədəniyyət sarayı Müsavata "yox" deyib

Mədəniyyət sarayı Müsavata
Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının rəhbərliyi həmin məkanda Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin 100 illiyi münasibətilə tədbirin keçirilməsi müraciətinə rədd cavabı verib.

Bu haqda Müsavat Partiyası başqanı Arif Hacılı "Facebook" hesabında  məlumat yayıb.
 

Bu il AXC-nin qurulmasının 100 illiyidir. Müsavat Partiyası AXC parlamentinin 100 illiyini dekabrın 7-də bayram tədbiri ilə qeyd etməyi planlaşdırmışdı. Tədbirin keçirilməsinə yer ayrılması üçün ötən ay S.Bəhlulzadə adına Mədəniyyət Sarayına müraciət edilmişdi.

"Bayram tədbiri keçirmək barədə müraciətimizə uzun müzakirələrdən sonra "yox" cavabı verdilər", - deyən A.Hacılı bunu Müsavata qarşı təzyiq və hökumətin Cümhuriyyət tarixinə qarşı qısqanc münasibəti kimi dəyərləndirib.

Müsavat başqanı tədbiri təxirə salmadıqlarını, dekabrın 7-də Müsavat qərargahında keçiriləcəyini bildirib.

S.Bəhlulzadə adına Mədəniyyət Sarayından Müsavat Partiyasının müraciətinə niyə rədd cavabı verilməsi barədə sualı cavablandırmayıblar.