11:06, 07 Avqust 2018 (Çərşənbə axşamı) 499

Mehman Hüseynov bir neçə saatlıq azadlığa buraxılıb

Bloger Mehman Hüseynov avqustun 6-da anasının ölümündən sonra bir neçə saatlıq azadlığa buraxılıb. 

Anasının yaşadığı evdə dostları ilə görüşən bloger saat 22:00 radələrində yenidən həbsxanaya qaytarılıb.
 
M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. 
O, polisə böhtan atmaqda günahkar bilinib.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin gördüyü işləri tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin bloger fəaliyyəti ilə bağlı olduğunu bildirib.
 
Ofelya Ramilqızı
ToplumTV