Siyasət

Mehman Hüseynovla bağlı beynəlxalq reaksiyalar

9 Yanvar, 2019
1281
Bloger Mehman Hüseynovun aclıq aksiyası keçirdiyinə dair xəbərlərə beynəlxalq ictimaiyyətin, insan haqları qurumlarının reaksiyası kifayət qədər çevik olub.

İndiyə qədər ABŞ senatoru Marco Rubio hökuməti Mehman Hüseynovu azadlığa buraxmağa çağırıb, bundan başqa Avropa Şurası Parlament Assambleyasının həmməruzəçiləri, Sərhədsiz Reportyorlar təşkilatı bənzər çağırışlar ediblər.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennax Azadlıq Radiosuna deyib ki, o, prezident İlham Əliyevlə üzbəüz görüşündə də Mehmanla bağlı söhbət etmişdi:

"Mehman işgəncəyə məruz qalıb. Ona qarşı cinayət törədilməsinə cəhd edilib. Ona qarşı işgəncə, 70-80-ci illərdə Cənubi Amerikada hərbi rejimlərdəki işgəncəyə bənzəyir. Mən prezident İlham Əliyevə, daxili işlər nazirinə və ədliyyə nazirinə dedim ki, Mehman Hüseynov Avropa Şurası həmməruzəçilərinin mühafizəsi altındadır. Amma bunu onlara deyən kimi Mehmana qarşı defamasiya ittihamı ilə cinayət işi açdılar. Bu, qəbuledilməzdir. Ölkəni tənqid etmək tənqiddir, defamasiya deyil”.

Stefan Şennax deyir ki, iqtisadi çətinliklərə görə, Əliyev rejimi öz simasını itirib və normal dövlətlərdə demokratiya adlanan hər şeyə qarşı daha ciddi, daha kəskin vuruşur. Həmməruzəçi bildirir ki, indiki halda həm onlar, həm də digər ictimaiyyət nümayəndələri durumu dəyişmək üçün durmadan öz etirazını bildirməlidir.

Mehman Hüseynovla həmrəylik nümayiş etdirmək üçün başqa 9 fəal da, "Müsavat” Partiyasının Bakıdakı ofisində aclıq aksiyası keçirir.

Müsavat Partiyasının Divan üzvü Tofiq Yaqublu də 4-cü gündür ki, aclıq aksiyası keçirir.

Onun sözlərinə görə, həm onların, həm də Mehman Hüseynovun özünün aclıq aksiyası kifayət qədər diqqət çəkə bilib:

"Diplomatik korpusdan bizə baş çəkən yoxdur, ABŞ səfirliyi hələ ki, işləmir, öz hökumətləri ilə bağlı. Amma inanıram ki, onların məlumatları var və reaksiya verəcəklər. Bir məsələ də var ki, Mehman Hüseynovun aclıq etməsi Qərbdə Milad bayramı ərəfəsinə düşdü və çox adam hələ ki, bayram tətilindədir, inanıram ki, yeni bəyanatlar, yeni reaksiyalar gələcək”.

Nüfuzlu "Washington Post" qəzeti yanvarın 5-də redaksiya məqaləsini Mehman Hüseynova həsr etmişdi. Məqalədə deyilirdi:

"Mehman Hüseynov azad mətbuat uğrunda çalışan bloger və fəaldır, Azərbaycanı idarə edənlər haqda rahatsızlıq yaradan həqiqəti, rəsmi korrupsiyanı, polis qəddarlığını ortaya qoyan jurnalistdir. O, iki ildir ki, saxta ittihamlarla həbsdədir. Həbs müddəti sona çatmaq üzrəykən Azərbaycan polisi onu beş ildən yeddi ilədək həbsdə saxlamağa imkan verən yeni ittihamlar uydurub. Hüseynov etiraz kimi aclıq aksiyasına başlayıb. O azad olunmalı, bu məzhəkəyə son qoyulmalıdır”

Oxford Universitetinin araşdırmaçısı, siyasi şərhçi Leyla Əliyeva deyir ki, bu ilin əvvəli, Mehman Hüseynovun aclığı ilə, Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini daha çox cəlb etdi, bu da vətəndaş cəmiyyətinin fəallaşması kimi başa düşülə bilər. Onun sözlərinə görə, Avropada bayram tətili yekunlaşdıqca daha çox reaksiyaların gələcəyini gözləyir.

"Reaksiya o vaxt böyük olur ki, ölkədə kütləvi etirazlar olsun. Fransa ona görə diqqəti cəlb etdi ki, orda dramatik hadisələr baş verirdi”.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibi Siyavuş Novruzov isə yanvarın 7-də Trend agentliyinə müsahibəsində elə Qərbi günahlandırıb və deyib ki, antimilli qruplar və onların xaricdəki havadarları bu hadisəni Azərbaycanın əleyhinə növbəti kampaniyaya başlamaq üçün fürsət kimi istifadə edirlər:

"Bu kampaniyanın arxasında kimlərin durduğu, əslində məqsədin Azərbaycan dövlətinə təzyiq göstərmək cəhdi olduğu bəllidir. Təsadüfi deyil ki, Viktoria Nulandın "uşaqları"nın çirkab kampaniyası ermənipərəst senator Marko Rubionun Azərbaycana qarşı açıqlaması və bu cəbhədə xüsusi yer tutan "The Washington Post” qəzetinin redaksiya məqaləsi ilə tamamlandı. Eyni şəbəkənin xaricdəki və Azərbaycandakı izləri çox aydın göründü”.

Yanvarın 21-də, AŞPA-nın qış sessiyası başlayır, Azərbaycanla bağlı məsələ hələ ki, gündəlikdə yoxdur. Bu ilin fevralında isə həmməruzəçilərin Bakıya növbəti səfəri gözlənilir.

Azadlıq Radiosu

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo