16:41, 12 Sentyabr 2018 (Çərşənbə) 480

Miqrasiya Xidmətinin avqust statistikası

Miqrasiya Xidmətinin avqust statistikası
Dövlət Miqrasiya Xidməti avqust ayına olan statistik məlumatları açıqlayıb. Hesabata görə, avqust ayında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı 91 min 626 müraciət qeydə alınıb.

Ay ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması üçün 7 min 327 müraciət daxil olub.

DMX avqustda qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar 2043 qərar qəbul edib. Qərarların 1236-sı inzibati cərimə tətbiqini, 778-i ölkə ərazisinə girişə məhdudiyyət qoyulmasını nəzərdə tutub.

16 qərar müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması, 7 qərar qeydiyyata alınma və qeydiyyatdan çıxarılma üçün tədbirlərin görülməməsi ilə bağlıdır. Qanunvericiliyin digər müddəalarının tələblərinin pozulması ilə bağlı 6 qərar qəbul edilib.