Siyasət

"Müsəlman Birliyi" fəalına 20 sutka verildiyi deyilir

12 Fevral, 2019
1082
Beş gün qeyri-müəyyənlikdən sonra "Müsəlman Birliyi” hərəkatının fəalı Bəxtiyar Bağırovla bağlı bəzi məsələlərə aydınlıq gəldiyi bildirilir.

Bu barədə Azadlıq Radiosuna hüquq müdafiəçisi Oktay Gülalıyev məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, Bəxtiyar Bağırova 20 sutka inzibati cəza verildiyi haqqında məlumat əldə ediblər: "Amma bu inzibati cəzaya səbəb olan ittiham və qərarın hansı məhkəmədə çıxarıldığı bəlli deyil”- Oktay Gülalıyev bildirib.
 

Hüquq müdafəçisinin dediklərini, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Oktay Gülaliyev vurğulayıb ki, Bəxtiyar Bağırovun ətrafında qeyri-müəyyənlik fevralın 6-da yaranıb və onun yerini öyrənməkdən ötrü dövlət orqanları məlumatlandırılıb.

Hüquq müdafiəçisi bundan əvvəl də Bəxtiyar Bağırovun yaxınlarına istinadən bildirmişdi ki, onu, fevralın 6-da Bakının Bakıxanov qəsəbəsində çayxanaların birində olarkən bir neçə mülki geyimli şəxs saxlayıb.

"Məsələ ondadır ki, Bəxtiyar Bağırovla birgə olanlardan biri onu saxlayanların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının olduğunu güman edir. Çünki, o həmin mülki geyimlərdən birini tanıdığını söyləyir”, deyə O.Gülaliyev qeyd edirdi.

Ancaq bu deyilənlərə də Daxili İşlər Nazirliyi və sözü gedən idarədən münasibət almaq mümkün olmayıb.

"Müsəlman Birliyi” hərəkatı 2015-ci il yanvarın 13-də təsis edilib. Hərəkat təsis edildikdən sonra qurumun onlarla fəalı müxtəlif ittihamlarla həbs edilib. Hərəkatın rəhbər şəxsləri isə Nardaran hadisələri zamanı tutulublar.

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərmişdi.

Həmin vaxt Nardaranda və bundan bir qədər əvvəl Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. "Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırov 20 il, qalanları isə 10 ildən 19 ilədək həbs cəzası alıblar.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində - tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər.

Onlar verilən ittihamları qəbul etməyərək silahsız olduqlarını açıqlayıblar. Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və başqa hüquq-mühafizə orqanlarının əməkdaşları isə məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo