10:35, 06 Dekabr 2018 (Cümə axşamı) 97

Nazir tank hərbi hissəsinin açılışında

Nazir tank hərbi hissəsinin açılışında
Dekabrın 5-də cəbhə zonasına baş çəkən müdafiə naziri general-polkovnik Zakir Həsənov bır sıra hərbi təyinatlı obyektlərdə olub. 

Nazirliyin saytı yazır ki, ön xətdə yerləşən tank hərbi hissəsinin açılışında iştirak edən nazir yaradılan şəraitlə tanış olub və müvafiq göstərişlər verib.

Yeni tikilən inzibati və xidməti obyektlərə, həmçinin hərbi texnikalara baxış keçirən Zakir Həsənov tank heyətlərinin hazırlığını yoxlayıb və zirehli texnikanın döyüş tətbiqi ilə bağlı tapşırıqlar qoyub.

Müdafiə naziri həmin gün tankçılarla birgə nahar edib.