Sosial

Nuşirəvan Məhərrəmli: "Özəl televiziyalar ictimaiyyətin gözündə aşağı səviyyəli kimi görünür"

18 Aprel, 2019
842
"Teleseriallardakı ailələr ölkəyə xas deyil, ssenari müəlliflərinin xəyalında olan ailələrdir"

"Televiziya və ya radio yayımı sahəsində hər hansı bir qanun pozuntusu qeydə alınanda Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) tərəfindən bunun qarşısı qətiyyətlə alınır”.

Bunu Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

Onun sözlərinə görə, keyfiyyəti müəyyən qədər aşağı olan verilişlərdə bir çox hallarda qanunvericiliyin tələbləri pozulmur, sadəcə, həmin verilişlər çox aşağı səviyyəlidir: "Bu da başqa məsələdir. Yəni bayağı, şit verilişlər qanun pozuntusu deyil. Bu kimi verilişlər bir çox özəl kanallarda mövcuddur. Təəssüf ki, bəzi özəl kanallarda bu məsələlər qalır və əhalinin haqlı narazılıqlarına səbəb olur”.

N.Məhərrəmli qeyd edib ki, özəl televiziya kanallarının əsas məqsədi kommersiya marağıdır: "Azərbaycanda kifayət qədər digər televiziyalar var ki, onlarda şou xarakterli verilişlər yoxdur. Bura AzTV, Mədəniyyət kanalı, İTV, ARB 24, CBC peyk kanalı aiddir. Təəssüf ki, insanlarımız şou xarakterli verilişlərə daha çox önəm verdiklərindən xoşagəlməyən hal olanda da, dərhal reaksiya verirlər. Əgər bu tip verilişlər əhalinin xoşuna gəlmirsə, təbii ki, onlar həmin tip verilişlərdən uzaq olmalıdırlar”.

MTRŞ rəhbəri vurğulayıb ki, ictimaiyyətin gözündə özəl televiziya kanalları aşağı səviyyəli kanallar kimi görünür: "Halbuki özəl telekanallarda 24 saat efirin çox cüzi hissəsi şouya ayrılır. Digər 18 saat başqa verilişlərə ayrılır. İstəyimiz odur ki, televiziya və radiolar tələb olunan qaydalara əməl etsinlər, milli-mənəvi dəyərlərə hörmətlə yanaşsınlar”.

"Mütəmadi olaraq  televiziya kanallarının rəhbərləri ilə görüşdə seriallarla bağlı narazılıqlarımızı onlara bildiririk. Qeyd edirik ki, teleseriallar Azərbaycan həqiqətlərini özündə əks etdirməlidir. Lakin, təəssüf ki, teleseriallarda göstərilən ailələr ölkəyə xas deyil. Onlar ssenari müəlliflərinin xəyalında olan ailələrdir. Bu cür məsələlərdən uzaq durmaq və real həyata istinad etmək məsləhətdir. Bu bizim üçün əsas məsələlərdən biridir. Azərbaycan ailəsi bu gün üçün özəl kanallarda nümayiş olunan teleseriallardakı ailələrdən deyil. "Bacanaqlar”, "Qız atası”, "Ay-ay-ay”, "Xalxın evi” və s. Bu kimi teleseriallar çox olsa da, təəssüf ki, Azərbaycan efiri üçün uyğun deyil və onların yaradıcılıq dəyəri olmur. Bu səbəbdən sonralar seyflərin küncündə qalacaq bir şeyə çevrilirlər”. 
 
Report.az

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo