Siyasət

Penitensiar xidmət aclıq aksiyasını təkzib edir

15 Yanvar, 2019
1286
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi heç bir məhbusun aclıq aksiyası keçirmədiyini bəyan edib.

Bu barədə xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi yanvarın 15-də yaydığı məlumatda qeyd olunur.

Penitensiar xidmət aclıq aksiyası barədə məlumatların reallığı əks etdirmədiyini, cəmiyyətdə çaşqınlıq yaratmaq və bəzi şəxsləri gündəmdə saxlamaq məqsədi daşıdığını bəyan edir:

"Hər zaman olduğu kimi bu gün də Penitensiar xidmət tabe qurumlardakı vəziyyətlə bağlı ictimaiyyəti maraqlandıran istənilən məsələyə aydınlıq gətirməyə və kütləvi informasiya vasitələrinin sorğularını cavablandırmağa hazırdır”.

Məlumatda deyilir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə cəza çəkdiyi dövr ərzində yeni cinayət əməli törətdiyinə görə barəsində cinayət işi başlanmış Mehman Hüseynova dəstək məqsədi ilə ayrı-ayrı penitensiar müəssisələrdə saxlanılan bəzi məhkumlar tərəfindən guya aclıq aksiyası keçirilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilib.

Mehman Hüseynovun mühacirətdə yaşayan qardaşı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) direktoru Emin Hüseynov "Turan” agentliyinə müsahibəsində bildirib ki, son günlər hakimiyyət Mehmana qarşı yeni cinayət işi ilə bağlı beynəlxalq birliyə dezinformasiya verməyə çalışır.

"Bakıdan Vaşinqtona, Brüsselə və digər paytaxtlara Mehmana qarşı yeni cinayət işinin olmaması və onun aclıq etməməsi ilə bağlı məlumatlar gedir. "Anlaşılmazlıq olub və aradan qaldırılır”, - hakimiyyət bildirir. Bununla da Avropa Parlamenti, AŞPA və ATƏT PA-nın qarşıdakı sessiyalarında qərar qəbulunun qarşısını almağa çalışırlar. Məhz buna görə Aİ ölkələri nümayəndələrinin Mehmana baş çəkməsi təşkil olunmuşdu”, - E.Hüseynov bildirib.

Beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı İlkin Rüstəmzadə, Bayram Məmmədov, Əhsən Nuruzadə və Elçin İsmayıllı yanvarın 13-də aclıq aksiyasına başladıqlarını bəyan ediblər. 

Məhbusların ictimaiyyətə ünvanladığı birgə müraciətdə deyilir ki, bloger Mehman Hüseynovun başına gətirilənlərdən sonra repressiyalara qarşı birgə müqavimət göstərməyi düşünüblər:

"Mehman Hüseynovun başına gətirilənlərlə bağlı bu gün birlik göstərilməsə, sabah eyni aqibət hamını gözləyəcək. Qurbanlıq qoyun kimi oturub kəsiləcəyimiz günü gözləsək, sabah başımızın altından narkotik, tank və s. tapacaqlar və ya kimisə "döyəcəyik”. Mehman və digər hər kəs üçün bugündən etibarən müddətsiz aclıq aksiyasına başlayırıq və bütün siyasi məhbusları bizə qoşulmağa çağırırıq”.

Siyasi məhbus kimi tanınan Qiyas İbrahimovun da aksiyaya qoşulacağı bildirilir. Bu barədə məhbusun anası Şura Əmiraslanova öz "Facebook” səhifəsində məlumat paylaşıb.Yanvarın 13-də 2 saylı Cəzaçəkmə Müəssisəsində oğlu ilə görüşdüyünü yazan Şura Əmiraslanovanın sözlərinə görə, Qiyas İbrahimov Mehman Hüseynovun vəziyyətindən narahatdır və bu zülm və haqsızlığa baş əyməmək ucun etiraz forması olan aclıq aksiyasının çıxış yolu olduğunu düşünür.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo